Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Yanvar hadisəsindən sonra mübarizəni dayandırdıq, Rusiya gözümüzü qorxutmuşdu…”

“Yanvar hadisəsindən sonra mübarizəni dayandırdıq, Rusiya gözümüzü qorxutmuşdu…”

“Milli Azadlıq Hərəkatı Rusiyadan qaynaqlanırdı. Ermənistanda hərəkat Azərbaycandan 7 ay əvvəl başlamışdı. Hətta Gürcüstanda da 4 ay əvvəl başlayıb. Biz xalq hərəkatını sonuncu yaradan millətlərdən biriyik. 1990-cı ilin yanvar hadisəsindən sonra mübarizəni dayandırdıq. Rusiya gözümüzü qorxutmuşdu”.

Bunu Azərbaycan sabiq spikeri Rəsul Quliyev “Tv Müsavat”a deyib.

“Hətta insan səsvermədə iştirak etməyə-etməyə Ayaz Mütəlibov yazdı ki, xalq SSRİ-nin saxlanmasına 80 neçə faiz səs verib. Biz Sovet İttifaqının tərkibində qalan yeganə respublika idik, bizdən başqası yox idi. Bəs harda idi müxalifət? Deyirsiniz, böyük olub…”, – R.Quliyev qeyd edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …