Ana səhifə / Siyasət / Yanan binanın Fərəhsiz mənzili – Fotolar

Yanan binanın Fərəhsiz mənzili – Fotolar

Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada mayın 19-da baş verən yanğında dünyasını dəyişən 3 yaşlı Fərəhin ailəsi təmirdən sonra yeni – əvvəlki mənzillərinə köçməyə hazırlaşırlar.

“Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, sentyabrın 28-də mənzillərinin açarlarını təhvil alan sakinlər arasında Fərəhin atası Elnur Məhhərəmov və Günay Məhərrəmova da olub.

Mənzillərə baxış zamanı diqqəti çəkən məqam binada olan 56 mənzildən yalnız onların evinin fərqli dizaynda təmir olunması idi. Binanın 12-ci mərtəbəsində 49 nömrəli evin mebel avadanlıqlarından tutmuş evin dizaynına qədər, hətta pərdələr və uşaq otağının bəzədilməsi belə fərqli şəkildədir.

İş icraçılarından aldığımız məlumata görə, Elnur Məhhərəmovun sahibi olduğu ev onun xanımının istəyi və zövqü ilə təmir olunub və bəzədilib.

Evdə aparılan təmir işlərinin nəticəsi barədə Fərəhin anası Günay Məhərrəmovanın fikirlərini soruşduqda cavabı çox qısa oldu: “Bütün bunlar mənim üçün əhəmiyyətsizdir. O boyda balamı itirdikdən sonra hər şey boşdur”.

Xatırladaq ki, hadisə baş verəndə uşaq evdə anası ilə olub. Anası yanıq xəsarətləri ilə Respublika Toksikologiya Mərkəzinə aparılmışdı. Xəstəxanada olduğu müddətdə uşaqdan xəbəri olmayıb. Bir müddətdən sonra isə bütün xəstəxanalarda qızının axtarışına çıxan atası Elnur Məhərrəmov 3 yaşlı Fərəhin həyatının xilas edilə bilmədiyini öyrənib. Balaca mayın 20-də Qubada dəfn edilib.

Yanan binanın Fərəhsiz mənzili -  Fotolar
Yanan binanın Fərəhsiz mənzili -  Fotolar
Yanan binanın Fərəhsiz mənzili -  Fotolar

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın