Ana səhifə / Siyasət / Yanan binaların sakinləri icra hakimiyyətlərini məhkəməyə verir

Yanan binaların sakinləri icra hakimiyyətlərini məhkəməyə verir

Bakının Xətai və Binəqədi rayonlarında çoxmərtəbəli yaşayış binalarında baş verən yanğınla bağlı bu faciədən zərər çəkmiş insanlar yaxın günlərdə məhkəməyə müraciət edəcək.

Bu barədə modern.az-a sakinlər özləri məlumat veriblər. Artıq bununla bağlı bir sıra deputatlara müraciət edən sakinlər həm binaları üzləyən şirkətlərdən, həm də yaşadıqları Binəqədi və Xətai rayon icra hakimiyyətlərindən təzminat tələb edəcəklər.

Saytın yazdığına görə, sakinlər bu məsələ ilə bağlı maddi ziyanın dövlət tərəfindən deyil, bu işdə təqsiri olan və bilavasitə bu işə məsul olan qurumların ödəməsini istəyəcəklərini deyiblər.

Bayram günü olduğundan adları çəkilən rayon icra qurumlarının mövqeyini öyrənmək mümkün olmayıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın