Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Yanan bina gələn həftə təhvil veriləcək

Yanan bina gələn həftə təhvil veriləcək

Bakının Binəqədi rayonunda yanan 16 mərtəbəli yaşayış binası gələn həftə sakinlərə təhvil veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzVision.az-a Baş nazirin müavini, Yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov məlumat verib.

Hazırda binada tamamlanma işlərinin aparıldığını deyən komissiya sədrinin sözlərinə görə, sakinlər gələn həftə öz evlərinə köçə biləcəklər.

A.Şərifov ötən gün yanan binaya baş çəkdiyini də vurğulayıb: “Söz verdiyimiz kimi, yanan bina çox yüksək səviyyədə təmir olunub. Lazım olan bütün işlər görülüb. Bütün mənzillər yeni əşyalarla təmin olunub. Sakinlər də təmirdən sonra evlərinə baxaraq, razı qaldıqlarını bildirirlər.

Binada xırda işlər qalıb və bu həftə yekunlaşacaq. Dünən binaya isti su verildi. Qeyd edim ki, həmin binada bundan öncə isti su olmamışdı. Mənzilləri mərkəzləşmiş su sistemi ilə təmin etmişik”-deyə baş nazirin müavini vurğulayıb.

Qeyd edək ki, bu ilin mayın 19-da baş verən faciə nəticəsində 14 nəfər dünyasını dəyişib. Məlum faciədən sonra ölkə başçısı binanın yenidən əsaslı şəkildə təmiri üçün dövlət büdcəsindən 3milyon manat vəsait ayırıb. Prezidentin tapşırığına əsasən bina yenidən təmir edilərək, bütün əşyaları ilə birlikdə sakinlərə təhvil verilməlidir.

Qeyd edək ki, yanan binanın açılış mərasimində prezident İlham Əliyevin iştirakı gözlənilir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın