Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Yəhudi deputatdan daha bir maraqlı açıqlama: “Dəyiş-düyüş edirlər, nə qədər rektor bədbəxt olur”

Yəhudi deputatdan daha bir maraqlı açıqlama: “Dəyiş-düyüş edirlər, nə qədər rektor bədbəxt olur”

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında imtahansız universitetə qəbul məsələsi ilə bağlı “Təhsil haqqında” qanununa dəyişiklik layihəsinin məqsədlərini açıqlayıb. 

Y.Abramov “Ölkə.az”a açıqlamasında deyib ki, sözügedən qanun layihəsinin əsas məqsədi xaricdə təhsil alan azərbaycanlı gənclərin xərclədikləri vəsaitlərin ölkədə qalmasıdır:

“Hər bir ölkənin rəhbəri ilk növbədə öz xalqının mənafeyini güdür. Biz keçmişdə buraxılan səhvlərə yenidən qayıtmaq istəmirik. Niyə bizim pullarımız xarici ölkələrin sıradan biri olan təhsil müəssisələrinə getməlidir? Dərbənd Universiteti nədir ki, Bakıdan olan gənc gedib bu universitetə pul xərcləsin?

Biz yaxşı bilirik ki, həmin pullar oraya necə xərclənir. Sonra da həmin uşaqlar yenidən bura qayıdır. Dəyiş-düyüş edirlər, nə qədər universitet bağlanır, nə qədər rektor bədbəxt olur. İndi biz də istəyirik ki, həmin pullar ölkədə qalsın. Çünki öz əhalimizin puludur. Biz həmin pullarla daha yüksək təhsil sistemi qura bilərik, müəllim-professor heyəti daha yüksək maaş ala bilər. Digər tərəfdən isə xaricdə təhsil alan gənclərin valideynləri də nigaran qalmazlar. Belə olanda valideyn də nigaran qalıb düşünməz ki, Londonda, Parisdə, Harvardda övladına nə isə olmayıb. Yenə Harvarda getsələr, böyük işdir. Azərbaycanlı gənclər xaricdə elə universitetlərə oxumağa gedirlər ki, adam baxıb xəcalət çəkir. Vallah Ukraynada həmin universitetlərə heç kəs girmir. Məsələnin kökü də bununla bağlıdır”.

Y.Abramov qeyd edib ki, hələ bu gün sözügedən qanun layihəsi Milli Məclisdə müzakirə olunub:

“Bunun qəbul olunub-olunmaması isə cənab Prezidentin ixtiyarında olan məsələdir. Qanunun icra mexanizmini yalnız ölkə başçısı həll edəcək. Milli Məclisdə isə bu qanun layihəsi müzakirə və qəbul oluna bilər. Onun icra mexanizmini isə cənab Prezident həll edir. Ona görə də bu məsələdə icra mexanizminin kimə verilib-verilməməsi məsələsini öncədən heç kəs dəqiq deyə bilməz. Buna görə də heç kəs qəti narahat olmasın. Qanunlar ona görə qəbul edilir ki, Azərbaycan xalqı və övladlarının sosial rifahı daha da yaxşılaşsın, təhsili dünya standartlarına uyğunlaşdırılsın. Necə ki, xarici ölkələrdə təriflədiyimiz qanunlar var. Biz də çalışırıq ki, Azərbaycanda da eynisi olsun. Bizim bütün fəaliyyətimiz məhz buna doğru yönəlib. Amma çox təəssüf ki, bəzi adamlar bunu başa düşmür. Bunun arxasında qara məqamlar axtarırlar. Baxın, qanun hələ qəbul olunmayıb, amma indidən sosial şəbəkələrdə müzakirələr gedir ki, guya ali məktəblərə hazırlıq prosesi icra hakimiyyətlərinə veriləcək və sairə. Hərə əlinə bir qələm alıb kiməsə işləyir. Sosial şəbəkələrdə olanlar kimlərdir? Bilirsiniz, xalq bir məqaləni oxuyan zaman onun fərqinə varmır”. 

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihə ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının yaradılmasını nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır.

Layihəyə əsasən hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Bəzi deputatlar layihənin anlaşılmaz olduğunu qeyd ediblər.

Milli Məclisin sədri Oqtay Əsədov isə “Təhsil haqqında” qanunu ətrafında yaranan anlaşılmazlığa aydınlıq gətirib. O deyib ki, layihədə imtahansız universitetə qəbul məsələsi qeyd olunmayıb: “Layihədə qeyd olunub ki, hazırlıq qruplarında kurs keçənlər də həmişəki qayda ilə imtahan verəcəklər. Burada anlaşılmayan nə var? Qanun layihəsini diqqətlə oxusanız, bunu görərsiniz. Bizim bəlamız ondadır ki, bir yaxşı iş olan kimi dərhal onun arxasında korrupsiyanın olduğunu düşünürük. Baxın, bəla budur”.

Qeyd edək ki, layihə səsverməyə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın