Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Xoznavar kəndinin sakinləri Qaragöl barədə danışır: “Azərbaycan əsgərləri hər gün irəli gəlir” – VİDEO

Xoznavar kəndinin sakinləri Qaragöl barədə danışır: “Azərbaycan əsgərləri hər gün irəli gəlir” – VİDEO

Ermənistan informasiya vasitələrinin məlumatına görə, mayın 20-də Azərbaycan ordusunun daha 30-a yaxın əsgəri Ermənistanın Sünik vilayəti Xoznavar kəndi ərazisinə daxil olub.

Məlumatı Sünik vilayətinin administrasiyası da təsdiq edib.
Kənddən qadın və uşaqların təxliyə edildiyi bildirilir.

Yerli sakinlər Yerevan hakimiyyətinin sərhədlərin qorunması və əhalinin müdafiəsində biganəlik göstərməsindən narazıdır. Bəzi sakinlər müdafiə üçün hökumətdən silah tələb edir.
Rəsmi Bakı Qaragölün bötövlükdə Azərbaycana məxsus olduğunu və Azərbaycan ərazisində yerləşdiyini bildirir.
Azərbaycan Respublikası Ekologiya Nazirliyinin saytında deyilib ki, Qaragöl və onun ətraf ərazisi “tarixən Azərbaycan torpağı olmuş və 30 ilə yaxın davam edən işğal prosesindən sonra hazırda tamamilə işğaldan azad edilmişdir.”

Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva bildirib ki, son 30 ildə Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən olunmamasının əsl səbəbi, “beynəlxalq hüququn fundamental prinsiplərinin Ermənistan tərəfindən tapdalanmasıdır.”

“Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər,” – Leyla Abdullayeva deyib.
Mayın 12-dən başlayaraq, Azərbaycanla Ermənistan sərhədində, Zəngəzur (Sünik) bölgəsində, Qaragöl (Sevliç) ətrafında gərginlik yaşanır.

Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə torpaqları ”30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini” bildirir.
Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan ordusu Ermənistan sərhədini keçərək Sünik və ya Zəngəzur rayonundakı Sevliç – Qaragöl – ərazisi boyunca 3.5 kilometr irəliləyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, ”Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir”.

 “BBC Azərbaycanca”

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …