Ana səhifə / Siyasət / Xoşqədəm rəsmən ANS-də

Xoşqədəm rəsmən ANS-də

“Xoşqədəm Hidayətqızı bu gündən ANS televiziyasında işə başlayır”.

Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı aznews.az-a ANS-dən bildiriblər. ATV telekanalından ayrılan məşhur aparıcının ANS-ə öz komandası ilə getdiyi deyilir. Mənbə bildirir ki, dünən – bazar günü də Xoşqədəm Hidayətqızı ANS televiziyasına gəlib: “Hazırda onun aparacağı yeni verilişin incəlikləri müzakirə edilir. Məsləhət bilinib ki, “Səni axtarıram” verilişinin adı ATV-yə məxsus olduğundan bu veriliş ANS-də başqa adla efirə getsin. Yeni veriliş həftədə iki dəfə (şənbə və bazar günləri) efirdə yayımlanacaq”.

Qeyd edək ki, ATV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bu kanaldan ayrılıb. Bu isə müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Aparıcının bu gün olayla bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın