Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Xocalı düşmənin nəzarətindədir, oraya getməyimiz” – Deputat

“Xocalı düşmənin nəzarətindədir, oraya getməyimiz” – Deputat

Müharibə meydanında Azərbaycan ordusunun qarşısında məğlubiyyətə uğrayan Ermənistan Rusiyanın səyləri nəticəsində hərbi əməliyyatların dayandırılmasına nail oldu. Ancaq ”10 Noyabr razılaşması”ndan sonra rus sülhməramlılarının bölgəyə gəlişi Ermənistanı təxribatçı əməllərinə davam etməyə stimul verib. Belə ki, razılaşmaya zidd gedən Ermənistan işğalda saxladığı digər bölgələrimizi qaytarmaq niyyətində deyil. Hadruta son hücum da bunu deməyə əsas verib. Bu prosesdə Rusiyanın tərəddüdlü və riyakar mövqeyi də diqqətdən yayınmır. Qarabağdakı ermənilərə yardım edən Rusiya sülhməramlı missiyasından daha çox Ermənistana dəstəyini ifadə edir.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov müsahibəsində yaranmış vəziyyəti dəyərləndirməyə çalışıb.

– Elman müəllim, Xocalıdan nə xəbər var? Ermənilər deyəsən, Sizin şəhəri qaytarmaq niyyətində deyil.

– Ermənilər təkcə Xocalını yox, ümumiyyətlə işğal etdikləri bir qarış da torpaqlamızı qaytarmaq fikrində deyildilər. Ancaq biz torpaqlarımızı işğaldan azad etdik. Müəyyən ərazilər var ki, onların geri qaytarılması üçün proses gedir. Ağdərə, Xankəndi, Xocalı, Xocavəndin bir hissəsində  hələlik erməni silahlı birləşmələri qalmaqda davam edir. Ancaq biz o dediyim ərazilərin hamısını erməni silahlı birləşmələrindən azad edəcəyik. Tam əminliklə deyirəm ki, biz bütün ərazilərimizi azad edəcəyik, doğma yurd-yuvamıza qayıdacağıq. Xocalılar da, Xankəndnin, Xocavəndin, Ağdərənin sakinləri də səbirsizliklə o günü gözləyirlər.

Rəsmi məlumat deyirəm ki, Xocalının Xankəndi – Şuşa istiqamtində olan 11 yaşayış məntəqəsində – Çanaqçı, Sığnaq, Baharlı, Dəmirçilər və s Azərbaycan ordusunun nəzarətindədir, bu ərazilər düşməndən tam təmizlənibdir.

Eyni zamanda məlumat üçün deyirəm ki, atıq bir həftəfən çoxdur ki, Xocalı rayon polis şöbəsinin bir qrup polis işçisi Daxili Qonunlarımızla birlikdə, həmin ərazidə yerləşib və orada asayişi bərpa edilər. Həmin ərazilərdə xidmət aparırlar.

 – Xocalının deputatı kimi rayona səfər etmisinizmi?

 – Hal-hazırda Xocalı düşmən nəzarətindədir. Bizim ora getməyimiz də mümkün deyil. Oranı düşməndən təmizləyəcəyik  və gedəcəyik. Bir qarış da olsun ərazimiz düşmən nəzarətində qalmayacaq. Zamana ehtiyac var.

– Bu o deməkdir ki, münaqişə həllini tapmayıb və qarşıda zamanı gözləməliyik?

– Uzun zamandan söhbət gedə bilməz,  söhbət ay söhbətidir. Yəni ki, söhbət Şuşanı, Füzulini və digər bölgələrimizi gölədiyimiz kimi on illərdən getmir. Bu gün Şuşaya getdiyimiz kimi Xocalıya da gedəcəyik. Bu prosesi 2021-də yaşayacağıq.

Prezidentimiz də bəyan edib ki, təxribat olacaqsa, cavabı da ağır olacaq.

 –  Rusiya sülhməramlılarının prosesi pozması, ermənilərə dəstək verməsi barədə iddialar var. Bu haqda nə düşünürsünüz?

 – Ruslar orada erməniləri təkcə qızışdırmırlar. Eyni zamanda ermənilərə bir ümidverici dəstək göstərirlər. Bu da bizim hər birimizi bütün cəmiyyəti haqlı olaraq narahat edən məslədir.  Sülhməramlılıq misiyası var. Beynəlxalq arenada sülhməramlılıq hansı səlahiyyətə malikdir? Onlar hansı işləri görə bilərlər? Ancaq bu müddət ərzində Rusiya sülhmaralıları özlərinin bəzi hərəkətləri ilə bu səlahiyyətləri çox ciddi şəkildə aşırlar, kənara çıxırlar. Məslən Azərbaycanın beynəlxalq axtarışa verdiyi və Azərbaycanın konustitusiyasını ciddi şəkildə pozan şəxslərlə danışıqlar aparırlar, ünsiyyətdə olurlar. Tanınmamış cinayətkar qondarma qurunun rəhbəri cinayətkar Arayik Harutyunyanla, Xocalı soyqrımının ən qəddar hərbi canilərindən, terroçulardan biri olan Vitalı Balasanyanlarla  və digərləri ilə. Tədbirlərdən video görüntülərində görsənir ki, qondarma rejimin bayrağı ilə Rusiya bayrağı eyni masanın üzərinə qoyulur. Biz də onlara haqlı narazılığımız bildiririk. Mən tam qətiyyətlə deyirəm ki, Azərbaycan dövlətinin rəhbərliyi Rusiya dövlətinin rəhbərliyinə öz etirazını bildirir və tələb edir ki, öz sülhməramlılıq  missiyasından kənara çıxmamlalıdır. Onlar fəaliyyətlərini belə davam edtirəcəklərsə təbii ki, Azərbaycan tərəfi tədbir görməli olacaq. Dekabr ayı ərzində Xocavənd rayonunu  Hadrut qəsəbəsin ətrafında Tuğ kəndi ətrafında Azərbaycan ordusu  DTX anti-terror əməliyyatı keçirdilər.   Məhv olanlar məhv oldu. Ancaq çox sayda əsir götürüldü. Əslində onları əsir götürmək lazım deyildi. Çünki, müharibə başlayandan sonra dəstələr bu ərazidə qeyri-qanuni fəaliyyət göstərir. Bunlar canilərdir, quldurlardı. Onlar yerindəcə məhv olmalıdır. Ancaq bizimkilər əsir götürdü. Onları Rusiya Sülhməramlılarına verdi. Rusiya Sülhməramlıalrı nə etdi? Aparıb Ermənistana təhvil verdi. Ermənistan da  Azərbaycana  qarşı döyüş keçirdiyi üçün onları hətta təltif də etdi. Bəlkə də silahlandırdı ərazimizə göndərdi. Bu kimi və digər sadalanası hallar çoxdur. Bu da öz növbəsində Rusiya Sülhməramlılarının Sülhməramlılıq missiyasını şübhə altına alır. Təbii ki, biz bunlarla barışmayacıq. Yəqin ki, müvafiq tədbirlər görüləcək. Hətta bu yaxın günlərdə Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu Rusiya Federasiyasıın Prezidenti Vladimir Putinə məruzəsində belə bir fikir səsləndirdi ki, biz Qarabağ ərazisində hər biri ən azı 300 nəfərdən ibarət 32-dən çox hərbi şəhərçik salmaq fikrindəyik. Bu nə deməkdir? İndi bu 32-dən çox şəhərcikdə yerləşdiriləcək hərbçini 300-ə vuranda 10 minə yaxın əsgər edir. Belə çıxır ki, sənəddə göstərildiyi kimi Rusiya Sülhməramlıları 1960 yox 10 000 nəfərə çatdırılmalıdır bunun sayı. Təbii ki, Azərbaycan bununla razılaşmayacaqdır. /”Gününsəsi”

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …