Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / XİN: “Səfirliklərin bağlanması müzakirə mövzusu deyil”

XİN: “Səfirliklərin bağlanması müzakirə mövzusu deyil”

Azərbaycanın diplomatik nümayəndəliklərinin bağlanacağı haqqında məlumatın təqdim olunması obyektivlikdən kənardır və qeyri-ciddidir. Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Report”un sorğusunu cavablandıraraq deyib.
“Ümumiyyətlə, bu kimi yoxlanılmamış xəbərlərin yayılması Azərbaycanın uzun müddət ərzində digər dövlətlərlə qurduğu diplomatik əlaqələrinə xələl gətirə bilər. Bütün digər dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyi sistemində də işin optimallaşdırılması və xərclərə qənaət edilməsi nəzərdən keçirilir”, – H.Hacıyev deyib.
Diplomatik nümayəndəliklərlə bağlı XİN sözçüsü bildirib ki, bu barədə yekun qərar hələ qəbul edilməyib: “Bu barədə qərarların qəbul edilməsi diplomatik münasibətlərdə qarşılıqlı və siyasi yanaşmalar da daxil olmaqla, ciddi və dəqiq şəkildə nəzərdən keçirmə tələb edir. Hal-hazırda bu məsələ hökumət tərəfindən ciddi şəkildə baxılır. İkincisi burada bilavasitə səfirliklərin bağlanması müzakirə mövzusu deyil. Xərclərə qənaət və işin rasionallaşdırılması məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması kimi məsələlər nəzərdən keçirilir. O ki, qaldı fəxri konsulluqlara xarici siyasət və diplomatiyadan xəbəri olan hər kəs bilir ki, fəxri konsullar özləri öz xərclərini ödəyir və dövlət büdcəsindən onların saxlanması üçün heç bir vəsait ayrılmır. Kütləvi informasiya vasitələrindən bu kimi qeyri-dəqiq və yoxlanılmamış xəbərlər yazmamışdan öncə Xarici İşlər Nazirliyinə müraciət etmələri xahiş olunur”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın