Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / XİN rəsmisindən “üsyan” xəbərinə cavab gəldi: “Hər zaman sadiq olmuşam…”

XİN rəsmisindən “üsyan” xəbərinə cavab gəldi: “Hər zaman sadiq olmuşam…”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədovun məmurlar haqqında bəyanatını Azərbaycan dövləti əleyhinə addım kimi dəyərləndirilməsinin ardıycan, Xarici İşlər Nazirliyinin (XİN) bir sıra əməkdaşı, o cümlədən mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin haqqında xidməti təhqiqat başlandığı xəbərinə cavab gəlib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu iddiaya münasibət bildirib.

O, modern.az saytına açıqlamasında deyib ki, hazırda Azərbaycan üçün mötəbər bir tədbir olan Avropa Oyunları ilə bağlı hazırlıq prosesində iştirak edir.

“Avropa Oyunları hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Mən Xarici İşlər Nazirliyindəki 15 illik fəaliyyətim dövründə həmişə dövlətimizə, prezidentimizə və xalqımıza sadiq olmuşam və əməllərimlə bunu sübut etməyə çalışmışam. Hər birimiz ölkə rəhbəri ətrafında sıx birləşməliyik”,-deyə Hikmət Hacıyev bəyan edib.

XİN təmsilçisi Arif Məmmədovun Binəqədidə baş vermiş yanğın hadisəsinə görə Azərbaycan məmurlarını sərt şəkildə tənqid etməsi ilə bağlı məsələnin araşdırıldığını deyib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın