Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Xidmət rəisi generalı və işçilərini yeni vəzifələrə təyin etdi – SİYAHI

Xidmət rəisi generalı və işçilərini yeni vəzifələrə təyin etdi – SİYAHI

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə, Dövlət Miqrasiya Xidməti rəisinin əmri ilə Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Azinforum.az xidmətə istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına Xidmət rəisinin müavini, general Pərviz Musayev sədr təyin edilib.

Yeddi nəfərdən ibarət olan Şuranın tərkibinə Xidmətin struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir. Apellyasiya Şurasının Katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib.

Apellyasiya Şurasının tərkibi:

– Qəhrəmanov Vahid Vaqif oğlu – Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi;

– Abdullayev İsmayıl Əli oğlu – Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi;

– Alıyev Siyasət İdris oğlu – Təşkilat-nəzarət baş idarəsinin rəisЯкорь müavini;

– Səfərov Rövşən Elxan oğlu – Miqrasiya nəzarəti baş idarəsinin rəis müavini;

– Hüseynov Cəmil Xalid oğlu – Vətəndaşlıq məsələləri baş idarəsi, Vətəndaşlıq məsələlərinin araşdırılması idarəsinin rəisi;

– İsmayılov Nadir Kamil oğlu – İctimaiyyətlə əlaqələr idarəsinin rəisi.

Apellyasiya Şurasının Katibliyinin tərkibi:

– Süleymanzadə Lalə Rəfail qızı – Təşkilat-nəzarət baş idarəsi, Nəzarət idarəsinin baş inspektoru;

– Əliyev Zamir Ramiz oğlu – Katiblik, Məxfi hissənin (bölmə səlahiyyətli) inspektoru.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın