Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Xarici qonaqlar bircə dəfə də Xocalı soyqırımı abidəsinə aparılmayıb” – ETİRAZ

“Xarici qonaqlar bircə dəfə də Xocalı soyqırımı abidəsinə aparılmayıb” – ETİRAZ

“Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər kampaniya xarakteri daşımamalıdır. Biz Xocalını yalnız fevraldan-fevrala yad etməməliyik”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, Xocalı soyqırımını dünyaya daha effektli tanıdılması üçün yeni metodlar işlənməlidir.

Elman Məmmədov söyləyib ki, Xətai rayonundakı Xocalı soyqırımı abidəsi xaricdən gələn rəsmi və digər səviyyədə olan qonaqların ziyarət marşrutuna salınmalıdır:

“Xocalı soyqırımını beynəlxalq səviyyədə tanıtmaq üçün ən müasir və yeni metodlardan istifadəyə keçid etməliyik.
Xocalı soyqırımına həsr olunmuş abidə nəyə görə xarici ölkələrdən gələn rəsmi qonaqların ziyarət siyahısını salınmır və xarici qonaqlara göstərilmir ? Mən hər zaman Xocalıdan olan biri kimi bunu tələb etmişəm.
Xaricdən gələn rəsmilər Şəhidlər xiyabanını, Qubadakı Soyqırımı abidəsini ziyarət edir, amma Xocalı soyqırımı abidəsi yada da salınmır. Bu belə olmaz axı… Xarici qonaqları, beynəlxalq təşkilatların rəsmilərini bir dəfə də olsun Xocalı soyqırımı abidəsinə aparılmayıb”.

Deputat vurğulayıb ki, Şəhidlər xiyabanında da Xocalıya aid monument qoyulmalıdır.

E. Məmmədov bu gün ermənilərin dünyada apardıqları uydurma soyqırımı təbliğatlarının qarşısında arxayın olmamağı tövsiyə edib:

“Bu illər ərzində demişəm ki, Şəhidlər xiyabanının girişində dəmir, yaxud daş lövhədə Xocalı soyqırımı haqqında məlumat yerləşdirilsin. Həmin lövhədə heç olmasa, ən azı 2-3 xarici dildə Xocalı soyqırımı haqqında məlumat olsun. Amma hələ bu da yoxdur.
Ermənilər bu gün dünyanın müxtəlif ölkələrində illər boyu kök salaraq yalançılıq, saxtakarlıq, hiyləgərlik bacarıqları ilə dövlətlərin siyasət və diplomatiyalarında xüsusi yerlər tutublar.
Onlar bu güc ilə istədikləri xarici təşkilat və dövlətlərdə qondarma erməni soyqırımımı tanıda bilirlər.
Düzdür, biz dünyanın 10-dan çox ölkəsində və ABŞ-ın 15-dən çox ştatında Xocalı soyqırımını müxtəlif səviyyələrdə tanıda bilmişik. Amma yenə də bunlarla arxayın olmamalıyıq. Çünki qarşımızda çox hiyləgər və ağıllı düşmən dayanıb. Düşmənlərimiz tanıtım, təbliğat və diaspor sahəsində təcrübəyə malik ermənilərdir.
Xocalı soyqırımı ilə bağlı tədbirlər birbaşa olaraq ölkə prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın şəxsi nəzarətində olan məsələdir.
Bütün ilboyu dünyanın müxtəlif yerlərində təşkil olunan tədbirlərdə, Azərbaycanda beynəlxalq təşkilatlarla keçirilən görüşlərdə Xocalı soyqırımı xüsusi vurğulanır. Bu belə də olmalıdır. Amma biz bunlara qane olmamalıyıq. Biz təbliğatın və tanıtmanın ən yeni modellərini və formalarına keçid etməliyik.
Çox arzu edirəm ki, soyqırımının 25 illik ildönümünə qədər şanlı Azərbaycan Ordusu elə bir addımlar atsın ki, Xocalıda qələbə günü qeyd edək. Düzdür, Xocalı soyqırımı ilə bağlı hər il Milli Məclis, icra hakimiyyətləri səviyyəsində tədbirlər keçirilir, hökumət və QHT-lər də bu işdə fəaldırlar, amma bütün bunlar azdır”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın