Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur – Deputat

Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur – Deputat

“Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçiriən iclasında “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deputat Nizami Cəfərov deyib.

O bildirib ki, qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır:

“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur. Bilən də yaddan çıxarıb”, – deyə deputat əlavə edib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …