Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Xarici dövlətə xidmət edən şəxslər və qruplar cəzalandırılmalıdırlar”

“Xarici dövlətə xidmət edən şəxslər və qruplar cəzalandırılmalıdırlar”

“Ölkəmizdə istənilən xarici dövlətə xidmət edən şəxslər və qruplar neytrallaşdırılmalı və onlar cəzalandırılmalıdırlar”.

Bunu Ağ Partiya sədri Tural Abbaslı deyib.

Partiya sədri vurğulayıb ki, bu gün Azərbaycan daxilində böyük şəbəkəyə malik olan dövlət də məhz Rusiyadır:

“Onların fəaliyyəti dövlət maraqlarına ziddir. İndi ən aktual məsələ Rusiyanın Azərbaycandakı “5-ci kolonu”dur”. 

“Təbii ki, vaxt keçmədən Rusiyaya and içmiş, Rusiya kölələri olan, yəni hansı strukturlarda təmsil olunmasından asılı olmayaraq, istər siyasi dairələrdə, istər elmi dairələrdə, istər hərbi, istərsə də, hüquq-mühafizə orqanlarında təmsil olunan bütün növ agentura şəbəkəsi ifşa olunmalıdır”, – deyə o, fikirinə davam edib. 

T. Abbaslı qeyd edib: “Oturub gözləmək də olmaz ki, Rusiya nə vaxt hücum edəcək və “5-ci kolon” özünü göstərəcək. Onda gec ola bilər. Odur ki, zaman keçmədən bunlar ifşa olunmalıdır və neytrallaşdırılmalıdır. İqtidarın çıxşı yolu xalqı və müxalifəti ilə bir araya gələrək “5-ci kolon” üzərinə getməkdir. Amma görünən odur ki, iqtidar hələlik öz hakimiyyət maraqlarına görə, belə addımlar atmır və riskli fəaliyyətini davam etdirir. Yəni söhbət burada kiminsə iqtidarı itirməsindən, kiminsə iqtidara gəlməsindən yox, dövlət və dövlətçilik maraqlarından getməlidir. Nə qədər tez hakimiyyət qəbul etsə ki, bu, ümummili bir məsələdir o zaman ümummilli zəmin, ümumi milli birlik çərçivəsində cavab vermək olar”. Demokrat.az

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …