Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Xaricdəki müxalifət xalqla ayaqlaşa bilmir” – Partiya sədri

“Xaricdəki müxalifət xalqla ayaqlaşa bilmir” – Partiya sədri

Güney Azərbaycan İstiqlal Partiyasının” (GAİP) sədri Saleh İldırım “Amerikanın Səsi” ilə söhbətdə İranda yüzlərlə vətəndaşın ölümü ilə nəticələnən son xalq etirazları və bu etirazların beynəlxalq ictimaiyyətdə əksini dəyərləndirib.

İldırım hesab edir ki, İranın müxtəlif şəhərlərində etiraz üçün küçələrə çıxan xalq bu hakimiyyətin yıxılmasını istəyir, amma xaricdəki müxalifət xalqla ayaqlaşa bilmir.

“Son dönəmlərdə gördüyümüz etirazlar ümumiyyətlə keçmişdəki etirazlardan fərqli və daha geniş oldu. Əsasında bu xalqın məişət məsələsidir. Vəziyyət o qədər çətinləşib ki, toplumun böyük kəsimi üçün dözülməz bir hala gəlib. Bunlar hakimiyyətin çevrilməsini yeganə yol bilirlər və bunu şüarlardan və xalqın davranışlarından anlayırıq,” siyasi fəal söyləyir.

Onun dediklərinə görə, İranda rejim dəyişikliyini istəmək mövzusunda siyasi müxalifətdə küçədəki xalq qədər qərarlılıq görünmür:“Küçəyə çıxanlar müxalif qruplardan çox çox irəlidə, radikal şüarlarla rejimin devrilməsini istəməkdədirlər. Ancaq müxalifət vəziyyəti kontrol edə bilmədiyi üçün xalqla ayaqlaşa bilmədiyi üçün xaricdə ciddi fəaliyyət yürütmədi.”

Saleh İldırımın fikrincə, xaricdəki müxalif qruplar keçmişdə həyata keçirilən etiraz aksiyaları, o cümlədən Yaşıl Hərəkatına dəstək verdikləri qədər bu son etirazlara dəstək verməyiblər.

“Yəni keçmişdəki aksiyalarla müqayisədə ki, hay-küy salırdılar, toplaşıb konsulluqlar, Avropa Parlamenti və ya Vaşinqtonda Ağ Evin önündə etiraz edirdilər, bu dəfə belə aksiyalara şahid olmadıq. Məsələn Yaşıl Hərəkat çox geniş şəkildə həm İran müxalifəti, həm də xarici ölkələr tərəfindən gündəmdə tutuldu, danışıldı. Aylar və hətta illər sonrasına qədər danışıldı. Amma bu olaylarda bunlar çox az oldu,” türk fəal qeyd edir.

“Güney Azərbaycan İstiqlal Partiyasının” sədri həm iranlı müxaliflər, həm də xarici ölkələrin İranın bölünməsini istəmədiklərini önə çəkir.

“Xüsusilə son dönəmlərdə Azərbaycanda vəƏhvazda, yəni qeyri-fars fars millətlərin hərəkatı və səsləndirdikləri şüarlar bunları ciddi qorxuya salmışdır ki, bu hakimiyyət getsə nə olacaq? Nə qərb ölkələri, nə də müxalifət bunu kəsdirə bilmirlər ki, bugünkü rejim yıxılsa nə olacaq, necə bir dövlət gələcək? Bunu görə bilmirlər. Buna görə də İran-mərkəzli müxalifət geri oturur. Müxalifət deyir ki, sistemə bir şey olmasın, sadəcə başındakı rəhbərlər dəyişsin. Ancaq küçəyə tökülüb üsyan edən xalqlar rejimin yıxılmasını istəyir və nəticəsi nə olursa olsun, bundan pis olmayacağına dair xalqın içində ümumi bir inam var,” Saleh İldırım əlavə edir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …