Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Xaricə çıxışınıza “STOP” qoyulubmu? – Burdan öyrənin

Xaricə çıxışınıza “STOP” qoyulubmu? – Burdan öyrənin

Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər.

Azinforum.az xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub.

Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.

Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər.

Elektron xidmət pulsuzdur. Xidmətdən istifadə etmək üçün http://85.132.96.196/WebForms/VVA_13.aspx  linkinə daxil olmaq lazımdır.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın