Ana səhifə / Siyasət / Xalqı qıcıqlandıran deputatlar – parlamentin yeni dövrə uyğunlaşdırılması zərurəti…

Xalqı qıcıqlandıran deputatlar – parlamentin yeni dövrə uyğunlaşdırılması zərurəti…

2020-ci ildə yenilənmiş pa,rlamentin bu tərkibindən bəzi gözləntilər varıydı. Ən azından xalqı aşağılamayan, ona “otxod” deməyən, “gedin işdən sonra bənnalıq edin” ağıl-nəsihəti verməyən mandat sahibləri olacağına ümid bəslənirdi. Di gəl ki, parlamentdə yenə millətin əsəblərini tarıma çəkən deputlatlar görürük.

Onlar niyə xalqı qıcıqlandıran açıqlamalar verir, anlamaq olmur. Deputat Siyavuş Novruzov deyir ki, uşaqpulu lazım deyil, amma deputatın ezamiyyət pulu artırılsın.

Həmkarı Məlahət İbrahımqızı təklif edir ki, camaat kasıb yaşamağa alışmalıdır, yaşayış minimumu artırılmamalıdır. Bir başqası hesab edir ki, müharibə əsgər üçün məzuniyyət yeri deyil, hər pis şəraitə tab gətirməlidir.

Məlahət İbrahimqızı: “Görünür o, özü özünü sədr elan edib” - ETİRAZ -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Məlahət İbrahımqızı

Sözsüz ki, belə çıxışlar həm cəmiyyəti qəzəbləndirir, hiddətləndirir, həm də günah hakimiyyətin boynuna biçilir. İqtidarın heç bir rəsmisi tərəfindən belə fikirlər səslənmədiyi halda, bəzi deputatların ehtiyatsız, yersiz açıqlamaları cəmiyyətin hirsini hökumətin üzərinə yönəldir.

Bu zaman qeyri-ixtiyari hakimiyyət təqsirləndirilir ki, həmin deputatları Milli Məclisə siz buraxmısınız, siz urcah etmisiniz.

Halbuki deputatlar belə həssas günlərimizdə bir qədər korrekt olsalar, fikirlərini ölçüb-biçib söyləsələr, nə özləri, nə də hakimiyyət qınaqla üzləşər. Amma gedişat göstərir ki, parlament dövrə uyğun yenidən formalaşmalıdır.

Çünki sabiq deputat Hadı Rəcəbli kimi deputatların bir qismi getdi, amma dəyişiklik yoxdur. Deputatların bir çoxu xalqdan uzaq düşüblər və onunla təmas qura bilmirlər.

Əksinə, xalqla hakimiyyəti üz-üzə qoyurlar. Pandemiya dövründə, insanların sosial şəraitinin çətinləşdiyi, karantin səbəbindən psixoloji ovqatının gərgin olduğu bir dövrdə deputatların millətin ürəyindən tikan çıxaran sözlər demək əvəzinə onları qızışdırması, xalqın əleyhinə olan fikirlər səsləndirməsi başadüşülən deyil.

Bunu qəsdən edirlər, təxribat yaradırlar, yoxsa hesablamadan ağızlarından belə sözlər çıxır, sonra məsuliyyətsizliyin altını çəkirlər?

Həm danışığını bilməyən, həm seçicisinə biganə olan, həm böyük biznesə malik olan bir sıra deputatların parlamentə buraxılması ilk növbədə iqtidar üçün fəsadlar törətməkdədir.

Bu siyasət olduqca təhlükəlidir və cəmiyyətlə hakimiyyət arasında münasibətləri gərginləşdirir, düşmənçilik toxumları səpir, deputatların lüks həyat tərzini görən aşağılar qisasçılıq hissləri ilə alışıb yanırlar.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli 

Bu mövzuda fikirlərini bölüşən REAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, fevralda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri cəmiyyətin gözləntilərini doğrultmadı.

N.Cəfərli hesab edir ki, bu nəticələr həmçinin hakimiyyətin də özünü qane etmədi: “Seçkiyə iqtidardakı müxtəlif qanadların müdaxiləsi haqda söhbətlər gəzir və bu baxımdan nəticələr gözlənilən şəkildə olmadı.

Bu gün isə Azərbaycanın qazandığı hərbi qələbədən sonra öz siyasi-diplomatik legitimliyinin artırılması yolunda parlament ciddi rol oynamalıdır. Dişsiz bir parlamentin bunu edəcəyi suallar doğurur.

Hakimiyyətə və Prezidentə lazımdır ki, parlament daha dişli olsun. Çünki icra hakimiyyətinin diplomatik cəhətdən deyə bilmədiyi məsələləri parlament qabarda bilər.

O baxımdan Milli Məclisin böyük hissəsinin yenilənməsinə, ən yaxşı halda proporsional seçki sisteminə keçid edilməsinə ehtiyac var”.

Partiya funksionerinin fikrincə, proporsional seçki sisteminə keçid həm siyasi institutları, həm iqtidarın beynəlxalq danışıqlarda mövqeyini gücləndirəcək, ölkədə partiyaların oturuşmasına gətirib çıxaracaq.

“İndi qeydiyyatdan keçmiş 52 partiyanın fəaliyyəti müasir dünyanın çağırışlarına cavab vermir. Hətta bir çoxu sədrdən və onun qovluğundan ibarətdir. Əgər proporsional seçki sisteminə keçid etsək, həmin partiyalar ələnəcək, ya da öz fəaliyyətini gücləndirməyə çalışacaq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …