Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Xalq şairinin 110 illik yubileyi… – Fotolar

Xalq şairinin 110 illik yubileyi… – Fotolar

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq Şairi Süleyman Rüstəmin anadan olmasının 110 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

Qafqazinfo” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 200-dək kitabın yer aldığı sərgi ilə tanış olublar. Daha sonra şairin ömür yolunu əks etdirən fotoslayd nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək S.Rüstəmin həyat və yaradıcılığından danışıb.

Yığıncaq konsert proqramı ilə davam edib. Konsertdə S.Rüstəmin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

Xalq şairinin 110 illik yubileyi... -  Fotolar

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın