Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Xalq hakimiyyəti qoruya bilməyənləri hələ də bağışlamır… – ŞƏRH

Xalq hakimiyyəti qoruya bilməyənləri hələ də bağışlamır… – ŞƏRH

Əbülfəz Elçibəyin liderlik etdiyi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin devrilməsi ilə nəticələnən 1993-cü il 4 iyun qiyamını 25-ci ili yaxınlaşır. 1993-cü ilin 4 iyununda Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə hökumətə qarşı qaldırılan hərbi qiyam bir öncə xalqın səsverməsi ilə hakimiyyətə gələn Əbülfəz Elçibəy və onun hakimiyyətinin devrilməsi ilə nəticələndi. O zamandan müxalifətə keçən siyasi qüvvələr 25 ildir hələ də özlərinə gələ və yenidən hakimiyyətə sahiblənə bilmirlər.
Xalq Cəbhəsinin lşinelindən çıxmış» siyasi qüvvələrin, əsasən də AXCP və Müsavatın 1993-cü ildə müxalifətə keçməsindən indiyə qədər hakimiyyətə sahiblənə bilməməsinin, böyük xalq kütlələrinin real dəstəyini qazana bilməməsinin kökündə dayanan səbəblərdən biri kimi 4 iyun qiyamından sonra AXC hakimiyyətinin qiyamçılar qarşısında duruş gətirə bilməməsini, hakimiyyətdən çəkilməsini, milli hakimiyyəti qorumamalarını hələ də xalqın onlara bağışlamaması sayıla bilərmi?
VİP sədri Əli Əliyev bildirdi ki, 4 iyun hadisələri mürəkkəb proseslərin çuğlaşmasından törəmiş bir nəticədir. Ümumiyyətlə xalq hərəkatından çıxmış qüvvələrin bir hissəsinin hakimiyyətə gəlməsi, böyük etimad kvotasına sahiblənməsi, tam legitim olması, bir il ərzində isə dəstəkdən tam məhrum olması bir faktdır: “Bu məsələdə heç kəsi günahkar bilmək lazım deyil. Yanlış ümumilikdə iqtidarın idi. Bu təkzibedilməz acı həqiqətdir. Nə demələrindən asılı olmayaraq, səhv AXC-Müsavat komandasının idi. Onlar ikilikdə amansız şəkildə bütün xalq hərəkatının siyasi sərmayəsini göyə üfürdülər. Əlbəttə ki, bugünkü süstlüyün və ictimai etimadsızlığın, inamsızlığın içində bu məqam da xüsusi yer alır. Sözsüz ki, YAP iqtidarının yürütdüyü siyasətin də xüsusi payı vardır. Bu 25 il ərzində demokratik qüvvələrin reabilitasiya üçün vasitələri də olmayıb”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, müxalifətin 25 ildir hakimiyyətə gələ bilməməsinin bir çox səbəbləri var: “Mən deməzdim ki, səbəb yalnız bu hadisə ilə bağlıdır. Çünki bu hadisələrdən sonra bir neçə dəfə Azərbaycan xalqı müxalifətə ciddi dəstək verib. Buna misal kimi 2000, 2003, 2005-ci illərin seçkilərini göstərmək olar. Ancaq təbii ki, həmin dönəmdəki qətiyyətsizlik sayəsində hakimiyyətin itirilməsi də milli qüvvələrin mövqelərini xeyli zəiflədib. İndi xalq arasında müxalifət əleyhinə işlədilən əsas arqumentlərdən biri də ”gəlmişdilər gördük”, “hakimiyyəti qoydular qaçdılar”, “bacarmadılar” kimi fikirlərdir. Ola bilsin ki, haradasa ürəklərinin dərinliklərində onları bağışlamayanlar var. Bu prosessləri Elçibəy iqtidarının baş naziri Pənah Hüseynin öz sözü ilə dəyərləndirmək istərdim “Cinayətimiz məğlubiyyətimizdir”. Pənah bəy bu iki sözlə əslində çox şeyi ifadə etmiş olub”.(musavat.com)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …