Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Xalq artisitinin nəşi tibbi ekspertizaya aparıldı – yenilənib

Xalq artisitinin nəşi tibbi ekspertizaya aparıldı – yenilənib

Xəbər verildiyi kimi, bu gün səhər Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib.
Hazırda mərhumun evinin önündə olan əməkdaşımız xəbər verir ki, xalq artisti səhər saatlarında ürəktutmasından vəfat edib. Halı pisləşən İ.Quliyevanın son sözü o olub ki, Əli Mirəliyevi və qızını onun yanına çağırsınlar. Bu barədə jurnalistlərə müğənni Əli Mirəliyev deyib.
Qeyd edək ki, Əli Mirəliyev İlhamə Quliyevanın dayısı oğludur.
Televiziya aparıcı Elgiz Əkbər İlhamə Quliyevanın yanına jurnalistlərin buraxılmamasına etiraz edib: “Birinci dəfə görürəm ki, yas yerinə jurnalistlər buraxılmır, bu qədər polis var. Bu da bizdə şübhə doğurur. İnsan əcəli ilə ölübsə, imkan versinlər yanına gedək. İlhamə vəsiyyət etdi. Dedi ki, anamın üzərinə salınan qırmızı yaylığı üstümə örtərsiniz və mümkünsə, məni tabutda basdırın”.
Əməkdaşımızın verdiyi xəbərə görə, xalq artisitinin nəşi tibbi ekspertizaya aparılıb.




Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın