Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Xaləddin İsgəndərovun təpələri dağıdılır – FOTOLAR

Xaləddin İsgəndərovun təpələri dağıdılır – FOTOLAR

Xaləddin İsgəndərovun Binəqədi rayonuna icra başçısı təyin edildikdən sonra Bakı-Sumqayıt magistral yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsinə – yol kənarlarına qurduğu təpələri hamı xatırlayır.

Mia.az xəbər verir ki, o zaman Rayon İcra Hakimiyyəti və onun başçısı bunu abadlıq adıyla cəmiyyətə təqdim etsə də, əslində, bunun belə olmadığı fakt idi. Necə ki, Xaləddin İsgəndərovun haqqında mətbuatda zaman-zaman “Binəqədinin problemlərini təpə və təpəcikllərin arxasında gizlədən icra başçısı” kimi təqdimatı dəfələrlə verilib.

Ötən il Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzaldan keçən hissəsində baş verən sürüşmə isə icra başçısının bu təpəciklərinin daha böyük problemə yol açdığını ortaya çıxardı. Mütəxəssislər yoldakı sürüşmənin təpəciklərdə əkilən qazon və dekorativ ağacların suvarılmasından qaynaqlandığını rəsmən bəyan ediblər. Və açıq şəkildə sürüşmənin qarşısını almaq üçün bu təpəciklərin götürülməsi tələbi qoyuldu.

Mia.az xəbər verir ki, artıq bir neçə gündür aidiyyatı qurumların bu tələbini icra etməyə başlayıblar. Belə ki, avtovağzalın ətrafında olan bütün təpələr dağıdılır, torpaqlar isə naməlum istiqamətə daşınır….

Təqdim edəcəyimiz fotolardan da görünür ki, artıq təpənin torpaqları daşınır….

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın