Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Xaləddin İsgəndərov restoranını satışa çıxardı – Fotolar

Xaləddin İsgəndərov restoranını satışa çıxardı – Fotolar

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova məxsus restoran satışa çıxarılıb. Bu barədə musavat.com-a daxil olan məlumatda bildirilib.
Məlumatda qeyd edilir ki, restoran yeni avtovagzal ilə üzbəüz 10 sot torpağın icində tikilib. Obyekt xususi zövq və dizaynla təmir olunub və ümumi sahəsi 700 kvadrat metrdir. Restoranın 3 boyuk zalı, 3 kabineti, həyətdə 4 kabineti və acıq verandası var.
Restoranın satışa çıxarılması ilə bağlı elan daşınmaz əmlakın alqı-satqısı üzrə ixtisaslaşan shop.az saytında yerləşdirilib.
Qeyd edək ki, bəzi xəbər saytlarında restoranın Ziya Məmmədova aid olduğu qeyd edilib. Ancaq “Yeni Müsavat”ın yüngül araşdırması nəticəsində məlum olub ki, restoran İH başçısı Xaləddin İsgəndərova məxsusdur.






Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın