Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / ““Xahişlərini” və “arzularını” həyata keçirə bilməyən…“ – Fazil Talıbovdan deputata CAVAB

““Xahişlərini” və “arzularını” həyata keçirə bilməyən…“ – Fazil Talıbovdan deputata CAVAB

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında çıxış edərkən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi tənqid edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun Millət vəkili Qüdrət Həsənquliyevin parlamentin bugünkü növbədənkənar sessiyasındakı çıxışına cavabı gecikməyib. 

O bildirib ki, sosial müdafiə və sosial təminat xidmətlərinin, eləcə də, əlilliyin təyinatı, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi və ictimai açıqlığının təmin olunması sahəsində ardıcıl islahatlar davam etdirilir:

“Belə ki, pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin vasitəsilə əhalinin 48%-nə, yəni 4,8 milyon şəxsə dəstək tədbirləri icra olunub, bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb.

Xüsusilə vurğulanmalıdır ki, bu vəsaitin 250 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2019-cu ildə formalaşmış qənaəti və ehtiyatı hesabına ödənilib, dövlət büdcəsinə bu çətin dövrdə əlavə maliyyə yükü yaradılmayıb. İcra edilən proqramların şəffaflığı və ictimai açıqlığı tam təmin edilib.

Həm ünvanlı sosial yardım, həm özünüməşğulluq, həm də 190 manatlıq birdəfəlik ödəmə proqramları çərçivəsində ödəniş alan bütün şəxslərin adlı siyahısı Nazirliyin rəsmi saytında və e-sosial.az portalında yerləşdirilib, dövri olaraq ictimaiyyətə hesabatlar təqdim olunub”. 

F.Talıbovun sözlərinə görə, son il yarımda ünvanlı yardım proqramı iki dəfə genişlənərək, 350 min üzvü olan 83 min ailəni əhatə edib:

“Özünüməşğulluq proqramı da iki dəfə artırılaraq, 11 min ailəyə biznes imkanı yaradılıb. Hər iki proqram çərçivəsində həyata keçirilən bütün satınalmalar qanunvericiliyə uyğun olaraq açıq tender vasitəsilə təmin edilib, nazirliyin hər hansı əməkdaşına hər hansı qohumluğu olan şəxslər bu tenderdə iştirak etməyib və bütün məlumatlar aidiyyəti dövlət orqanlarının informasiya resurslarında yerləşdirilib.  

Digər tərəfdən, əlillik təyinatı sahəsində aparılan ciddi nəzarət tədbirləri və şəffaflıq nəticəsində 6000-dək saxta əlillik işləri ləğv edilib və illik 30 milyon manat dəyərində dövlət vəsaitinin saxta yollarla əlillik statusu əldə etmiş şəxslərə verilməsinin qarşısı alınıb. 

Bunlar, sosial müdafiə sistemində qısa müddət ərzində əldə edilmiş uğurların kiçik bir hissəsidir və mütəmadi olaraq hesabatlar şəklində Milli Məclisə və ictimaiyyətə təqdim olunur. Bildirirəm ki, səxsi maraqları naminə qeyri-qanuni “xahişlərini” və “arzularını” həyata keçirə bilməyən şəxslər böhtan xarakterli çıxışları və jurnalistikadan uzaq “reketçiliklə” ad qazanmış saytlara sifarişli yazıları ilə Nazirliyin nüfuzuna və fəaliyyətinə kölgə sala bilməyəcəklər”.  Yenisabah.az 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …