Ana səhifə / Siyasət / Xəz-dəri bazarında şok ucuzlaşma

Xəz-dəri bazarında şok ucuzlaşma

Paytaxtın xəz-dəri bazarında durğunluq hökm sürür.

 

Axar.az-a verilən məlumata görə, alıcılıq qabiliyyətinin aşağı düşməsi qiymətlərin ucuzlaşmasına təsir edib.

 

Mağaza sahibləri alıcıları həvəsləndirmək üçün qiymətlərdə 50-70 faiz endirim ediblər. “Kristina”, “Femina” kimi brend mağazalar da qiymətləri yarıbayarıya azaldıb.

 

Əvvəllər 4000-5000 manata təklif olunan kürklər indi 1500-1600 manat olub. Hətta qiyməti 1200 manata belə endirilən mallar da var.

 

Keyfiyyət baxımından bir az aşağı olan kürklər isə 1000 manata satılır. Hətta mağaza sahibləri faizsiz kredit variantı da təklif edirlər. Yəni bir qismini ödəyib, qalan hissəsini 2-3 ay ərzində ödəmək olar.

 

Qeyd edək ki, kürklər əsasən Çin və Dubaydan gətirilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın