Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Xəzəri bölən ölkələrdən kim hansı payı götürdü? (TƏHLİL)

Xəzəri bölən ölkələrdən kim hansı payı götürdü? (TƏHLİL)

“Sovet İttifaqı dağılandan bəri Xəzər dənizinə çıxışı olan beş dövlət onun sərvəti – nefti, qazı, kürüsü uğrunda mübahisə aparır. İndi onlar saziş imzalayıblar . Hansı tərəf istədiyinə nail olub?”

“Der Spiegel” qəzetinin jurnalistləri Dominik Peters (Dominik Peters) və Kristof Sidov (Chrostoph Sydow) oxucularına belə bir sual ünvanlayır. Məqalədə deyilir ki, Xəzər dənizi ABŞ-dan daha çox neft və təbii qaz ehtiyatlarına malikdir. Nərəkimilərin 90%-i Xəzərin sularında yaşayır. Bu balığın kürüsünün bir kiloqramı 25 min dollar dəyərindədir.

Ölkələrin imzaladığı saziş müvafiq parlamentlər tərəfindən də təsdiqlənməlidir. Məqalə müəllifləri hesab edir ki, Moskva, Astana, Aşqabad və Bakıda hakimiyyətdə demokratlar olmadığı üçün bu, sadəcə formallıqdır.

Başqa məsələlərlə yanaşı sənəddə həmçinin hər bir ölkəyə üçün eni 15 dəniz milini aşmayan ərazi sularının müəyyənləşdirilməsi nəzərdə tutulub. Konvensiyaya əsasən, yalnız dənizə çıxışı olan ölkələr Xəzərdə hərbi iştirak hüququna malikdir.

Bununla belə, sazişin əsas müddəası ondan ibarətdir ki, beş ölkənin hamısı Xəzərin dəniz, eyni zamanda göl olmaması ilə razılaşıb. Bu zaman bütün ölkələrin maraqlı olduğu nəhəng neft və qaz yataqlarının istismarı su hövzəsi statusundan asılıdır. 

Böyüklüyünə və suyunda duzun miqdarına görə Xəzər dəniz hesab edilsə idi, onda konkret ölkələrin zonaları onların sahil sərhədlərinə müvafiq şəkildə təyin ediləcəkdi. Bu, ən çox Qazaxıstana sərf edəcəkdi, su hövzəsinin göl hesab edilməsini və onun tərəflər arasında bərabər hissələrə bölünməsini təklif  edən İran isə ən pis vəziyyətə düşəcəkdi.

Türkmənistan və Azərbaycan arasında qaz kəmərinin tikintisi ilə bağlı planlara da aydınlıq gətirilməyib. Əldə edilən saziş su hövzəsinin çirklənməsinin qarşısının alınmasının vacib olduğunu göstərir. Belə ki, Rusiya və İran son dövrə kimi layihənin ətraf mühitə təhlükə kəsb etdiyi üçün ona mane olmağa çalışıb.

Məqalədə deyilir ki, saziş sayəsində Kreml, ilk növbədə, özünü Xəzər dənizində hərbi əməliyyat hüququ ilə təmin edir. Rusiyanın hərbi dəniz qüvvələri müvafiq ərazi suları hüdudlarından kənarda da öz fəaliyyətini davam etdirə biləcək. Bu, Suriyadakı hərbi əməliyyatlar üçün də vacibdir. Belə ki, Rusiya Xəzər dənizindəki hərbi gəmilərindən vətəndaş müharibəsinin getdiyi ölkədəki hədəflərinə dəfələrlə raket zərbəsi endirib. (Xpressa.net)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …