Ana səhifə / Siyasət / Xəzər yeni statusu ilə artıq nə dəniz, nə də göldür

Xəzər yeni statusu ilə artıq nə dəniz, nə də göldür

Onu da qeyd edək ki, yeni konvesiya ilə bağlı danışıqlar 1996-ci ildən bu yana davam edirdi.

Musavat.com xarici mətbuatdakı ekspertlərin rəyləri ilə birlikdə konvensiyanın əsas xüsusiyyətlərini diqqətə çatdırır.

Xəzər dənizi artıq nə göl, nə də dəniz sayılır

Bu isə dünyanın ən böyük qapalı su hövzəsinə xüsusi status verir. “Xəzərin bu cür vəziyyəti onun coğrafi, hidroloji və başqa səciyyəvi xüsusiyyətləri ilə bağlıdır”, – Rusiya xarici işlər nazirinin müavini Qriqor Karasin “Kommersant” qəzetinə bildirib.
Belə ki, Xəzərə Dünya okeanı ilə birbaşa təbii əlaqəsi olmadığı üçün dəniz kim baxılmır. Lakin öz böyüklüyü, suyun tərkibinə və dibinin özəlliklərinə görə Xəzər göl də hesab oluna bilməz. Bu səbəbdən Xəzər dənizinə nə 1982-ci ildə qəbul edilmiş “Beynəlxalq dəniz hüququ haqqında” konvensiya, nə də sərhəd gölləri üçün tətbiq olunan prinsiplər şamil ediləcək.

Xəzərin milli sektorlara bölgüsü yalnız onun dibində baş verəcək, su hövzəsi isə başqa prinsiplərə əsasən müəyyən olunacaq.

Xəzərin akvatoriyasının və dibinin bölünməsi

Xəzər akvatoriyası daxili sular, ərazi suları, balıqçılıq zonaları və ümumi məkandan ibarət olacaq. Ərazi sularında 15 dəniz milindən çox olmamaq şərtilə, sahil dövlətləri milli suverenliyə malik olacaq. Bundan başqa 10 mil hüdudunda balıqçılıq zonalarında sahilyanı dövlətlər öz hüdudları daxilində müstəsna hüquqlar əldə edirlər.
Dəniz məkanının qalan hissəsi ümumi şəkildə istifadəyə verilir.

Dənizin dibi isə milli sektorlara bölünəcək

Bununla bağlı mübahisələr SSRİ dağılandan bəri mövcuddur. Əslində Xəzərin dibinin dəyişkən orta xətlə bölgüsü barədə Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan razılığa gəlmişdilər. Lakin o zaman İran buna ciddi etiraz etmişdi. Çünki belə olan halda İrana dəniz şelfinin sadəcə 13-14%-i düşürdü. Ona görə Tehran ümumiyyətlə dənizin 5 bərabər hissəyə bölünməsini (hərəyə 20%) tələb edirdi. İran bu səbəbdən heç bir əsas əsas olmadan “Sərdar Canqal” adlandırdığı yataqda qazıntı işlərinə başlamışdı. Elə Türkmənistanın özü də Azərbaycanla “Azəri”, “Çıraq”, “Kəpəz” yataqları ilə bağlı mübahisə aparır.

Konvensiya dənizin təkinin və dibin bölünməsi ilə bağlı suallara aydınlıq gətirməyib. Burada sadəcə “Xəzərin dibinin və təkinin bölünməsi beynəlxalq hüququn ümumqəbul olunmuş prinsip və normaları əsasında həmhüdud və sahilyanı dövlətlərin razılaşması ilə həyata keçirilir”, deyə cümlə var.

Konvensiya dənizin dibindən boru kəmərlərinin keçməsinin də qarşısını almır, lakin…..

Azərbaycan və Türkmənistan üçün bu məsələ həm də Transxəzər qaz kəmərinin çəkilməsi baxımından maraqlı olub.

Sənəddə aydın şəkildə yazılıb ki, hər bir ölkə kəmərin keçdiyi dövlətin razılığını almaqla istənilən boru xəttini çəkə bilər. Yəni burada hansısa ümumi razılıqdan söhbət getmir.

Lakin Xəzədərki layihələrin ətraf mühitə təsiri ilə bağlı imzalanacaq protokol Rusiya və İrana gələcəkdə bu tip layihələri bloklamağa əlavə vasitə verə bilər.

Xarici dövlətlərin Xəzərdə hərbi mövcudiyyəti qadağan olunur

Konvensiyanın önəmli bəndlərindən biri də burada bölgəxarici dövlətlərin Xəzərə çıxşının əldə etməsinin qarşısının alınmasından ibarədir. Konvensiyada Xəzər dənizində 3- cü ölkələrin (yəni qeyri-Xəzəryanı dövlətlərin ) silahlı qüvvələrinin iştirak etməsinin yolverilməzliyi barədə müddəa var. Buna görə “Xəzəryanı dövlətlər öz ərazilərini razılığa gələn dövlətlərin (yəni bu konvensiyanı imzalayan-red.) əleyhinə hərəkət edən və digər hərbi fəaliyyət üçün heç bir başqa dövlətin ixtiyarına verməyəcəklər.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …