Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Xəzər rayonunda məcburi köçkünə qarşı görün nə etdilər? — FOTOLAR

Xəzər rayonunda məcburi köçkünə qarşı görün nə etdilər? — FOTOLAR

Xəzər rayonunda məcburi köçkünü 23 ildir məskunlaşdığı yerdən çıxarmaq istəyirlər.

Ölkə.Az-ın məlumatına görə, Cəbrayıl rayonunun Soltanlı kəndindən olan məcburi köçkün Fəxrəddin Məmmədov rayonun 28 May küçəsində məskunlaşdığı mağazadan çıxarılır. F.Məmmədovun sözlərinə görə, sözügedən mağaza 1993-cü ildən fəaliyyətini dayandırıb və həmin ildən onlar orada məskunlaşıblar. Təxminən bir ay öncə özlərini Maliyyə Nazirliyininn əməkdaşları kimi təqdim edən şəxslər F.Məmmədova oradan çıxmalı olduqlarını bildiriblər:

“Bizə dedilər ki, buranı almışıq, çıxmalısınız. Amma heç bir sənəd göstərmədilər. İki gün öncə bir qohumumuzun yas mərasimində iştirak etmək üçün getmişdik. Gəlib gördük ki, qapıya plomb vurulub. Təbii ki, qalmağa başqa yerimiz olmadığına görə, plombu qırıb evimizə girdik. Həmin adamlara bildirdim ki, ya bizim başqa pansionatda, yataqxanada yerləşməyimizə kömək edin, ya yaşamağa bir yer göstərin. Axı biz buradan çıxıb harada yaşayaq? 1993-cü ildə məcburi köçkün düşəndə 2-3 ay “Tərəqqi” pansionatında yaşamışıq və qeydiyyatımız da oradır. Burada isə elektrik və qaz sayğacı adımızadır. Amma indiki halda orada yaşayan başqa insanlar var. “Qaçqınkom”dan da bilirlər ki, biz burada yaşayırıq. Çox xahiş edirəm ki, bizə bir yol göstərsinlər”.

Qeyd edək ki, Fəxrəddin Məmmədov Qarabağ müharibəsi veteranıdır.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın