Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Xədicəyə 500 min avro! – Qərb göndərib, müxalifət liderləri qıcıqlanıb…

Xədicəyə 500 min avro! – Qərb göndərib, müxalifət liderləri qıcıqlanıb…

Jurnalist və hərdən özünü hüquq müdafiəçisi kimi də qələmə verən Xədicə İsmayılova Qərb təşkilatlarından 500 min avro qrant alıb. Bu barədə Avropa.info-ya məlumat beynəlxalq donor təşkilatlardan birinin ofisindən daxil olub.
Məlumata əsasən, həmin iri məbləğdə qrant Xədicə İsmayılovaya müxtəlif kanallarla, kiçik partiyalarla çatdırılıb. Çünki vergi orqanları ilə məhkəmə mübahisəsinə görə X.İsmayılovanın bank hesabları bağlıdır və nəticədə o, qrant pullarını birbaşa ala bilmir.
Mənbəmiz bildirir ki, qrantın verilməsində məqsəd milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaqdır. Bu araşdırmanın nəticələrindən isə həmin sosial qruplar arasında təşkilatlanma işlərinin aparılması üçün istifadə edilməsi nəzərdə tutulub. Yəni qrant uzunmüddətli planda ölkədə müxtəlif social qruplar arasından və dini icmalardan narazıları aşkar edib səfərbər etmək məqsədinə hesablanıb.
Məlumata görə, Xədicə İsmayılova yarım milyon avroluq qrantın bölüşdürülməsini təkbaşına həyata keçirir. Yəni pulları özünə yaxın olan fəallara ötürür. Bu isə bəzi müxalifət liderləri arasında bərk qıcıq yaranıb. Onlar pulların əsas müxalifət partiyalarına deyil, X.İsmayılovaya ötürülməsindən narazılıq edirlər və bu barədə Qərb səfirliklərinə şikayətlənirlər.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …