Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Vurulmuş təyyarə məsələsində Azərbaycanın təmkinli mövqeyi doğrudurmu?

Vurulmuş təyyarə məsələsində Azərbaycanın təmkinli mövqeyi doğrudurmu?

Türkiyənin Rusiyaya məxsus təyyarəni vurmasından sonra yaranmış gərgin situasiya Azərbaycanda da diqqətlə izlənir və istər mediada, istərsə də sosial şəbəkələrdə qızğın müzakirələrə yol açıb. Aydındır ki, hazırda münaqişəyə cəlb olunan hər iki dövlət Azərbaycanla birbaşa sərhədlərə malikdir.
Bundan əlavə, Türkiyə ilə Azərbaycanın münasibətləri yalnız qonşuluq deyil, eyni zamanda eyni millətə mənsub olan iki dövlət əsasında qurulur. Digər qonşumuz olan Rusiya isə dünyanın super gücüdür və belə “zarafatları” xoşlamır. Bu səbəbdəndir ki, Azərbaycan hakimiyyəti təyyarə hadisəsilə bağlı haqlı olaraq bir qədər təmkinli mövqe nümayiş etdirir. Bu mövqeyinə görə Azərbaycan hakimiyyətini qınayanlar da az deyil.
Real situasiyada Azərbaycan necə davranmalıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın ehtiyatlı davranışı doğrudur: “Düşünürəm ki, düz davranır və təbii ki, öz mövqeyini nümayiş etdirəcək. Unutmaq lazım deyil ki, bu münaqişəyə tək Rusiya -Türkiyə prizmasından deyil, NATO-Rusiya kontekstində də baxılmalıdır. Bəzi müxalif qüvvələr, təbii ki, əsas məqsədi özlərinə müəyyən dividend qazanmaqdır və bunun üçün də türkmənlərin problemlərini qabardır.
Təbii ki, Azərbaycan da bu baş verənlərə biganə deyil. Çünki bu qarşıdurma istər regional geosiyasi vəziyyət, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bizə ancaq maneə ola bilər. Unutmaq da lazım deyil ki, Türkiyə ilə biz dost, portnyor və strateji tərəfdaş dövlətlərik, eyni zamanda Rusiya da yaxın qonşu, bir sıra əhəmiyyətli müqavilələrlə tərəfdaş dövlətdir. Yəni dostluq ,yaxın qonşuluq prinsiplərini saxlamaqla, diplomatiyanı da unutmaq olmaz.
Bu gün baş verənlər bir müddət sonra müəyyən məcraya ,daha doğrusu sülhə yönələcək, tələskənliklə verilən hər hansı bir bəyanat isə sonradan xoşagəlməz nəticələr verə bilər. Bir sözlə, Azərbaycan bütün bunları götür-qoy edib öz mövqeyini ortaya qoya bilər…”

qudret-hesenquliyev-manjet
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də yaranan durumu şərh edib. “Bakı-Xəbər” BAXCP mətbuat xidmətinə istinadən Q. Həsənquliyevin şərhini təqdim edir: “…Düşünürəm ki, Azərbaycan bu məsələdə mövqe ortaya qoymamalıdır. Yəni bir tərəfdə bizə qardaş olan Türkiyə, qarşı tərəfdə də böyük qonşumuz Rusiya var. Ona görə də bu münaqişədə tərəflərdən hansısa birinin mövqeyini müdafiə etmək kökündən yanlış olardı. Düşünürəm ki, türk qardaşlarımız da vəziyyətimizi yaxşı anlayır və bilirlər ki, sabah Rusiya Azərbaycanın üstünə gəlsə, onların Azərbaycanı müdafiə etmək imkanları sıfıra bərabərdir. Yəni biz bu acı reallığı birinci Qarabağ savaşında görmüşük. Halbuki, o vaxt torpaqlarımızı Rusiya yox, Ermənistan işğal edirdi və baxmayaraq ki, Ermənistanın arxasında Rusiya dayanmışdı, Moskva özü bu münaqişədə açıq şəkildə tərəf kimi çıxış etmirdi. Ona görə də mən düşünmürəm ki, sabah Rusiya Azərbaycanın üzərinə gəlsə, Türkiyə birinci Qarabağ savaşından fərqli mövqe ortaya qoyacaq. Digər tərəfdən, bizim Rusiyanı da dəstəkləməyimiz doğru olmazdı. Çünki bu hadisəyədək Rusiya əsassız olaraq dinc türkmənləri bombalayırdı, aqressor kimi davranırdı. Etiraf etmək lazımdır ki, Türkiyənin ixtiyarı öz əlində deyil və NATO Ankaraya bu icazəni də verməz”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın