Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Vüqar Səfərlinin mayor oğlu işdən çıxarıldı

Vüqar Səfərlinin mayor oğlu işdən çıxarıldı

Həbs edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin oğlu Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib.

Belə ki, Vüqar Səfərlinin oğlu Samir Səfərli DGK-nin Bakı Baş Gömrük İdarəsinin Qaradağ rayonunda yerləşən İpək Yolu postunda inspektor vəzifəsindən kənarlaşdırılıb. Mayor rütbəsində olan Samirin atasının məhkum edilsi ilə bağlı işdən çıxarıldığı bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

S.Səfərlinin 10 ilə yaxın qeyd olunan vəzifədə çalışdığı da bildirilib./News24.az

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …