Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Vladimir Solovyov: “İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanıdır”

Vladimir Solovyov: “İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanıdır”

“Qarabağda gedən müharibədə Azərbaycan və Prezident İlham Əliyev mütləq qalib oldular. O, bütün əraziləri geri aldı. İndi Dağlıq Qarabağ məsələsi müzakirə olunur- onun Ermənistana birləşdirilməsi, onun müstəqilliyi yox. Dağlıq Qarabağın statusu Ermənistanda azğınlaşmış insanların istəyinə doğru dəyişməyəcək”.

Bunları İsrailin dövlət xadimi, diplomat,”Nativ” Xidmətinin keçmiş rəhbəri Yakov Kedmi “Solovyev Live” proqramının efirində deyib.

Yakov Kedmi hesab edir ki, Ermənistan Azərbaycanla razılığa gələ və müharibədən belə biabırçı məğlubiyyətsiz qaça bilərdi.

“İlham Əliyev müharibəyə hazırlaşan və qarşıya qoyulmuş vəzifəni həll edən mütləq qalib kimi görünür. Əlbəttə ki, İlham Əliyev birbaşa qarşıdurmada Paşinyanı məhv edib. O daha peşəkar görünürdü. O, əsl Prezident, Paşinyan isə Şuşaya qastrola gedən pis rəqqas kimi görünürdü”, – deyə Vladimir Solovyov öz növbəsində vurğulayıb.

Yakov Kedmi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevi baş nazir Nikol Paşinyanla müqayisə etmək olmaz: “Onları necə müqayisə etmək olar? Bu insanları nə təcrübələrinə, nə təhsillərinə, nə də dövlət təfəkkürünə görə müqayisə etmək olmaz. Əliyev Azərbaycanın milli vəzifələrindən birini həll edib”.

Vladimir Soloviev isə “İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanıdır” deyə əlavə edib. Virtualaz.org

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …