Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Vidadi Bərdəlinin qızı: “Qardaşım adam öldürməyib”

Vidadi Bərdəlinin qızı: “Qardaşım adam öldürməyib”

Mərhum müğənni Vidadi Bərdəlinin müğənni qızı Aytac Bərdəli qardaşının  borca görə adam öldürməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Azinforum.az xəbər verir ki, müğənni mətbuata açıqlamasında qeyd edib ki, onun Tural adlı qardaşı yoxdur: “Bu yalan xəbərdir, mənim Tural adlı qardaşım yoxdur. Mənim atam dünyasını dəyişib, onun ruhunu narahat etməyin. Belə yalan xəbərləri kimin çıxardığını bilmirəm. Əgər kimsə belə yalan xəbəri bilərəkdən çıxarırıb ailəmi narahat etmək istəyirsə, haqqımı ona halal etmirəm. Başım sənətimə qarışıb, sakitliyimdən istifadə edirlər. Belə şayiə yayanlara ayıb olsun”.

Qeyd edək ki, Lent.az saytının yaydığı məlumata görə, Bərdə rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib. Qətl törədən T. Allahverdiyevin bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğlu olduğu bildirilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın