Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Vergilər Nazirliyi supermarketlərdə yoxlamalara başladı

Vergilər Nazirliyi supermarketlərdə yoxlamalara başladı

Vergilər Nazirliyi Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən olan “Neptun”da yoxlamalara başlayıb.

Mağazanın nazirliyə təqdim etdiyi hesabatlardakı rəqəmlərlə real rəqəmlərin üst-üstə düşmədiyi ilə bağlı şübhələr olduğundan Vergilər Nazirliyi yoxlamalarla bağlı qərar qəbul edib.

Kassalardan bəziləri götürülüb. Nazirliyin əməkdaşları dünəndən başlayaraq mağazada təftiş aparırlar. Belə ki, onlar gündəlik satışın həcmini müəyyən etmək üçün “Neptun”da kassaların yanında müşahidələr aparırlar.

Mağaza rəhbərliyi isə satışın həcminin təqdim olunan hesabatlarla uyğun gəlməsi üçün bəzi bölmələri bağlayıb. Gecə saat 24-ə və hətta 24 saat işləyən bəzi filiallar dünən 21:00-da bağlanıb.

Mağaza rəhbərliyi həmçinin bəzi əməkdaşlarına bir neçə günlük işə çıxmamaq göstərişi verib (aznews.az).

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın