Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Vergilər Nazirliyi Hacı İbrahimlə məhkəmə çəkişməsini TƏSDİQLƏDİ

Vergilər Nazirliyi Hacı İbrahimlə məhkəmə çəkişməsini TƏSDİQLƏDİ

“Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər Vergilər Departamentini məhkəməyə verib. Modern.az saytı xəbər verir ki, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.

Vergi borcunun məbləği açıqlanmır.

“Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli “Report”a açıqlamasında şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Vergilər Nazirliyindən münasibət öyrənib. Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, “Avesta Konserni” MMC ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirmişdi və hazırda məhkəmə çəkişməsi davam edir”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın