Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Vaxt varıydı ayaqqabısını yalayardı” – Partiya sədri (VİDEO)

“Vaxt varıydı ayaqqabısını yalayardı” – Partiya sədri (VİDEO)

“Ermənistan KTMT-dən heç bir dəstək ala bilmir. Paşinyanın çıxışı həm də Putinin özünə qarşı demarş idi”.

Bu sözləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “TV Müsavat”ın canlı efirində səsləndirib. Partiya sədri, hesab edir ki, nə deməsindən asılı olmayaraq Ermənistan KTMT-dən çıxa bilməyəcək:

“Özgə vaxtı Paşinyan Putinin qəbuluna düşmək üçün, telefonla danışmaq üçün vaxt varıydı ayaqqabısını yalayardı. Elə bir vəziyyətdə idi. İndi arxasında güc, qüvvə hiss edir. Artıq Rusiyanın da başı qarışıq, Rusiya zəifləyib, Putinin nüfuzu aşağı düşüb. Ermənistanın rəhbərliyi açıq-aşkar Putinə meydan oxuyur. Ermənistan nə qədər desə də, təşkilatdan çıxa bilməz. Qulağından tutub otuzdurublar orada. Yekunda bütün bunlar onu göstərir ki, Azərbaycan antiterror əməliyyat keçirəcək. KTMT də, Rusiya da, başqa heç kəs də mane olmayacaq. Biz nə qədər narazı olsaq da, Rusiya sülhməramlıları orada yerləşiblər. Rusiya sülhməramlıları da bizim antiterror əməliyyatlarımıza mane olmayacaq”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …