Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Vaşinqton görüşü baş tuta bilər, amma…” – Ekspert

“Vaşinqton görüşü baş tuta bilər, amma…” – Ekspert

“Vaşinqton görüşünün reallaşacağına inam o qədər də çox deyil, amma ideya olaraq hələ də gündəmdə qaldığı şəksizdir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında ictimai əlaqələr üzrə ekspert Arif Əliyev ermənilərin Azərbaycana qarşı törətdiyi son təxribatlardan sonra tərəflər arasında keçirilməsi gözlənilən Vaşinqton görüşünün qüvvədə qalıb-qalmadığına aydınlıq gətirərkən deyib.

“ABŞ-ın bölgədəki proseslərdə iştirak həvəsi getdikcə daha da artır. Ona görə də həmin istiqamətdə görüş və səfərlər də intensivləşib. Eyni zamanda, Azərbaycan və Ermənistanın indiki vəziyyətdə bu görüşdən imtina edəcəklərini də düşünmürəm. Çünki prosesin bərpa olunması üçün tərəflər xeyli qurbanlar verib. Gözləntim odur ki, Vaşinqton görüşünə mane olmaq cəhdləri, təxribat və xəbərdarlıqlara baxmayaraq bu təklif hələ də qüvvədədir. Amma onun baş tutacağını söyləmək bir qədər çətindir. Zaman göstərəcək”, deyə Arif Əliyev bildirib.
Qeyd edək ki, mayın ikinci yarısında ABŞ-ın vasitəçiliyilə Vaşinqtonda Azərbaycan və Ermənsitan liderləri arasında görüşün olacağı gözlənilir. Amma həmin ərəfədə Ermənistan İrəvanda beynəlxalq idman yarışında Azərbaycan bayrağını yandırmaq və Azərbaycan Ordusunun əsgərinə qarşı vandal hərəkətlərə yol verməklə həmin görüşün baş tutma ehtimalını müəyyən dərəcədə sual altına qoyub. 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …