Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Vasif Talıbovun general oğlu danışdı: “Atam istefa verəndən sonra…”

Vasif Talıbovun general oğlu danışdı: “Atam istefa verəndən sonra…”

“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”. 

Bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib.

Rza Talıbov istefadan sonra atası ilə əlaqə saxlamadığını bildirib:

“Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.

“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov: “Hər kəsin öz işi var”, – deyərək, əlavə şərh verməkdən imtina edib. 

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …