Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Vasif Talıbovun bu cinayətlərdən xəbəri yoxudusa, o necə rəhbər idi?!”

“Vasif Talıbovun bu cinayətlərdən xəbəri yoxudusa, o necə rəhbər idi?!”

“Son zamanlar Naxçıvan ətrafında baş verən proseslər onu göstərirdi ki, Vasif Talıbovun istefaya getməsi labüdləşir. Çünki onun rəhbərlik etdiyi muxtar respublikada faktiki olaraq, çoxsaylı cinayət faktları üzə çıxarılmış, həbslər həyata keçirilmiş, əksər nazirliklərdə isə istintaq prosesi gedir. İlkin rəqəmlər yarım milyard manatdan artıq yeyinti hallarının olduğunu üzə çıxarıb. Hesab edirəm ki, bu hələ ilkin rəqəmlərdir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrliyindən istefa verməsindən sonra onun hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından da xaric olunacağı ilə bağlı səslənən iddialara münasibət bildirərkən deyib.

YAP funksionerinin sözlərinə görə, belə olan vəziyyətdə suallar yaranır ki, Vasif Talıbovun doğrudanmı, bunlardan xəbəri olmayıb?

“Əgər xəbəri yox idisə o, necə rəhbərlik edirdi? Yox, əgər var idisə, bu, artıq ikiqat məsuliyyət yaradır. Bütün bu reallıqlar fonunda Vasif Talıbovun istefası labüd idi və bu da baş verdi. Mətbuatın yaydığı məlumata görə, o, səhhətiylə bağlı istefa verdiyini bildirib. Onu hazırda 2015-ci ildən Naxçıvan Ali Məclisi sədrinin I müavini vəzifəsində çalışan Azər Zeynalov əvəz edib ki, ta yeni sədr seçilənə qədər də Azər Zeynalov o funskiyanı həyata keçirməlidir. Çünki muxtar respublika Konstitusiyasında belədir”.

“Xan”ın YAP sıralarından xaric edilib-edilməyəcəyi ilə bağlı verilən suala isə E.Nəsirov belə cavab verib: 

“O ki qaldı Vasif Talıbovun istefasından sonra onun personasıyla bağlı məsələlərə, hesab edirəm ki, yalnız və yalnız o halda həmin məsələlərə baxıla bilər ki, əgər onun da fəaliyyətində cinayət faktları üzə çıxarılsa və rəsmən onun cinayət əməli sübuta yetirilərsə, onda Vasif Talıbovla bağlı atılacaq addımlar bir məna kəsb edəcək. Yox, bu, olmayacağı təqdirdə isə başqa məna. Ona görə də biz bir qədər gözləyək. Əgər o, hüquqi müstəvidə məsuliyyətə cəlb olunarsa, – hansı ki, bu, yalnız istintaq nəticəsində baş verə bilər – belə olan halda hakim partiyanın bu məsələyə baxması istisna deyil. Yox, artıq sübutunu tapmazsa, bu, artıq tamam başqa mənzərəni yaradacaq. Qısası, zamanı gözləmək lazımdır. Bütün bunlardan sonra biz mətbuatın suallarına tam aydınlığıyla cavab verə bilərik”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …