Ana səhifə / Siyasət / Vasif Talıbov İranın Naxçıvandakı baş konsulunu təltif edib

Vasif Talıbov İranın Naxçıvandakı baş konsulunu təltif edib

Mənsur Abbasquli oğlu Ayrom “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.

“Report”un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 21-də bununla bağlı sərəncam imzalayıb.

M.Ayrom Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında səmərəli əlaqələrin inkişafına görə mükafatlandırılıb.

Qeyd edək ki, Mənsur Ayrom İran İslam Respublikasının Naxçıvandakı baş konsulu vəzifəsində çalışır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …