Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Vasif Talıbov 798 min manata qənaət etdi

Vasif Talıbov 798 min manata qənaət etdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 2014-cü il büdcəsinin icrasını təsdiq edib.

Dövlət büdcəsinin icrası haqqında qanun (http://www.huquqiaktlar.nakhchivan.az/StatementDetails.aspx?statementId=1392) dərc edilib. O, cəmi bir abzasdan ibarətdir və iki rəqəm əksini tapıb: gəlirlər 74084717 manat, xərclər 349702322 manat.

“Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanuna görə, gəlirlər 66,8 milyon manat, xərclər 350,5 milyon manat təsdiq edilib. Beləliklə, Naxçıvan hökuməti 798 min manata qənaət edib.

Maraqlıdır ki, 2014-cü ildə ümumi daxili məhsul 3 milyard dollar, Naxçıvan MR-in yerli gəlirləri 19 milyon manat təsdiq edilib. Bu, İmişli rayonunun gəlirlərindən 1,9 milyon manat azdır.

Naxçıvan MR dövlət büdcəsi mərkəzi büdcədən dotasiya alır. 2014-cü ildə büdcə xərclərinin maliyyələşməsi üçün 283,7 milyon manat ayrılıb. Bundan başqa, muxatiyyat hər il dövlət investisiya layihələri üçün yüzlərlə milyon manat alır (“Turan”).

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın