Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Vasif Talıbov 5 nəfəri təltif edib

Vasif Talıbov 5 nəfəri təltif edib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov meliorasiya və su təsərrüfatı sahəsində çalışan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azinforum.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə, Məmmədov Mübariz Ramiz oğlu – “Əməkdar mühəndis” fəxri adı ilə, Abdullayev Cəlal Cəlil oğlu, Ələsgərzadə Fətulla Məhərrəm oğlu, Qasımov Vüqar Abdulla oğlu və Şahtaxtinski Elçin Kamil oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …