Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / VARLILAR BƏLLİ: Cavanşir Feyziyev… Elnur Allahverdiyev… Ülvi Quliyev… – Bəs kasıb deputat varmı?

VARLILAR BƏLLİ: Cavanşir Feyziyev… Elnur Allahverdiyev… Ülvi Quliyev… – Bəs kasıb deputat varmı?

Xəbər verdiyimiz kimi, Azərbaycanda deputatların maaşı artırılıb. Hazırki qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Dəyişikliklərə əsasən isə Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90, Milli Məclis sədrinin müavini – 85, Milli Məclisin komitə və komissiya sədri – 80, Milli Məclisin komissiya sədrinin müavini – 75, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Lakin millət vəkillərinin maaşlarının artırılması məsələsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşıalnmayıb. Belə ki, bir çoxları deputatların onsuz da böyük maddi imkanlara malik olduqlarını əsas gətirərək, bu artımı qeyri-adekvat hesab ediblər.

Bu cür fikirin formalaşması isə, millət vəkilləri üzərində də təzyiq yaradıb.

Təsadüfi deyil ki, deputat Aqil Abbas kasıblıqla dolanan 45 deputat adını çəkə biləcəyini iddia edib:

“45-nin adını çəkərəm. Tahir Kərimli, Razi Nurullayev, Fazil Mustafa, Nizami Cəfərov, Anar Məmmədov. Onlar çoxdu, hamısını saya bilmərəm ki. Xəbəriniz yoxdu deputatların vəziyyətindən”.

Bəs, Milli Məclisin digər kasıb deputatları kimlərdir?

Azinforum.az xəbər verir ki, Bizim.Media daha hansı deputatların Aqil Abbasın qeyd etdiyi “45-lik”də ola biləcəyini araşdırıb.

Xatırladaq ki, ötən ilin noyabrında Razi Nurullayev Milli Məclisin iclasında çıxışı zamanı Bakıda evi olmayan deputatlar üçün ayrılan kirayə pulunun artırılması ilə bağlı çıxış etmişdi. Bu çıxışdan sonra yerli mətbuatda bu vəsaitdən yararlanan deputatların adları açıqlanmışdı.

Həmin deputatlar sırasında Emin Hacıyev, Cavid Osmanov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə, Naqif Həmzəyevin adları çəkilirdi. Hər halda kirayədə qalan deputatın böyük bizneslərə sahib olması heç də real görünmür.

Onu da qeyd edək ki, adıçəkilən deputatların bir çoxu sonradan kirayə pulu aldıqları ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini açıqlamışdı.

Bundan əlavə Elşad Mirbəşiroğlu, Sahib Alıyev, Elman Nəsirov, Etibar Əliyev, Vüqar Bayramov, Anar İsgəndərov, Erkin Qədirli, Elşən Musayev, Əli Məsimli kimi deputatların da bir çox digər deputatlarla müqayisədə maddi durumlarının aşağı olduğu ilə bağlı KİV-də məlumatlar mövcuddur.

Yazıda adları qeyd olunan deputatların da mövqeyini dərc etməyə hazırıq.
 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …