Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Vardanyan ilk dəfə etiraf etdi: Parçalanma var!

Vardanyan ilk dəfə etiraf etdi: Parçalanma var!

Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın bu “vəzifədə” çalışmasının 100 günü ilə bağlı açıqlamasında diqqət çəkən məqam var.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Vardanyan “100 günün 67-nin blokada şəraitində” işlədiyini və “bölgənin kollapsa yuvarlanmadığını” deyib:

“Vardanyan bildirib ki, xarici təzyiqlə yanaşı daxildəki müxalifət də planlarımızı əngəlləyə bilmədi. Onun cümləsinin ikinci hissəsi diqqət çəkir. Ruben Vardanyan ilk dəfə etiraf etdi ki, separatçılar içərisində ona mane olmaq istəyənlər (separatçılar içərisində parçalanma – red) var”.

Politoloq bildirib ki, Vardanyan öz xoşu ilə getməyəcək – ya Moskva geri çağırmalı, ya da göndərməliyik.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …