Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Vaqif Şıxəliyevin bazarında daha bir dəhşətli ölüm – VIDEO

Vaqif Şıxəliyevin bazarında daha bir dəhşətli ölüm – VIDEO

Azərbaycan Baş Prokurorluğu ötən həftəsonu Bakıda qadının özünü yandıraraq intihar etməsi faktı ilə bağlı rəsmi məlumat yayıb. Baş Prokurorluqdan “Tezadlar.az”a daxil olan məlumatda deyilirdi: “Avqustun 13-də saat 19:30-da paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsi 73 saylı ünvanda yerləşən “Bakı Mərkəzi Bazar” MMC-yə məxsus bazarın ərazisində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızının üstünə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətlərindən orada vəfat etməsi faktına görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilir. İstintaqla müəyyən edilib ki, X.İmanova əvvəllər “Şəxsiyyətin isterik tipli pozuntusu: özünü kəsmə və isterik tutmalar” diaqnozu ilə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 №-li Klinik Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb. Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Nəsimi rayon Prokurorluğu ötən il bu qanunsuz fəaliyyət göstərən bazarda baş vermiş bundan da
dəhşətli ölüm hadisəsini ört-basdır etməsəydi, yəqinki sonuncu hadisə də baş verməzdi…

Qeyd edək ki, qanunsuz fəaliyyət göstərən “Bakı Mərkəzi Bazar” MMC Sabirabadın keçmiş icra başçısı, işdə yol verdiyi ciddi nöqsanlara görə Prezident H.Əliyev tərəfindən vəzifəsindən kənarlaşdırılmlş Vaqif Şıxəliyevə məxsusdur. Halbuki adı çəkilən bazarda hələ ötən bundan da dəhşətli hadisə baş vermişdi. Belə ki, bazarda V.Şıxəliyev tərəfindən qanunsuz tikinti işləri aparılmışdır və nəticədə yüksəklikdən düşən ağlay üzlük daşı ərazidən keçən Bakı şəhər sakini Mais Cəbrayılovun başına düşərək onun ölümünə səbəb olmuşdur. Həmin dövrdə baş vermiş ölüm hadisəsi ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlansa da, bizə və ictimaiyyətə məlum olmayan səbəblərdən toplanmış materialın da, necə deyərlər, başına daş salınmışdır… O mənada ki, Vaqif Şıxəliyev həmin vaxt hadisəni ört basdır etmək üçün “Təcili yardım” maşını hadisə yerinə gələnədək həmin qanunsuz tikinti sahəsində çalışan fəhlə Güloğlan Nərimanovu xərəyə yıxaraq guya başına daş düşənin onun olduğunu göstərməyə və ölüm hadisəsini gizlətməyə səy göstərmişdi… Lakin sonradan 1 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzdə reanimasiyada yatan Mais Cəbrayılovu müalicə edən şöbə müdiri, travmatoloq-həkim Əmralı Yusifov xəstənin ölümcül vəziyyətdə olduğu, hətta xəstəxanada çəkiliş aparan “SPACE” TV-nin əməkdaşına açıq formada etiraf etmişdir… Və iki gün sonra başına daş düşmüş Mais Cəbrayılov xəstəxanada dünyasını dəyişmişdir… Amma təkrar edirik, olduğunu bildirmişdi…

Mais Cəbrayılovun ailəsindən reportaj…

“Təzadlar” həmin dövrdə başına daş düşərək dünyasını dəyişmiş mərhum Mais Cəbrayılovun ailəsindən hələ o zaman geniş reportaj hazırlamağa çalışmışdı… Bir sıra ciddi faktlar da əldə etmişdik. Məsələn, V.Şıxəliyevin həmin ölüm hadisəsini yas mərasimində təyin etdiyi xüsusi şəxslər tərəfindən ciddi nəzarətdə-məxfilikdə saxlamaq cəhdindən tutmuş, ailə üzvlərinin bir kimsəyə bu mövzuda müsahibə vermək qadağasına kimi… Həmçinin Nəsimi rayon Prokurorluğunda həmin ölüm işinin istintaqının sonrakı taleyinin ölü nöqtəyə çatdırılmasına kimi.
Lakin “Təzadlar” bu cinayət işi ilə də bağlı prokurorluğun apardığı sənədləşmədəki dolaşıqlığın-faktiki olaraq ölüm hadisəsinin guya başqa səbəb və məkanlarda cərəyan etməsi kimi sənədləşmənin… üzərinə işıq salan mühüm məlumatlar əldə edib. Yaxun saylarımızda bu məsələyə dair ciddi araşdırma yazılarımız olacaq. Hətta artıq həmin yazının sərlövhəsi də bəllidir: “Bir ölüm işinin izi ilə…”.

Vaqif Şıxəliyevin intihar hadisəsinin izini itirmək cəhdi…

Fakt odur ki, hadisə, Baş Prokurorluğun və Bakı şəhər Prokurorluğunun məlum rəsmi açıqlamalarında təqdim edildiyi kimi, son məlum intihar hadisəsi “Bakı Mərkəzi Bazar” MMC-də baş verib. O bazarda ki, fəaliyyəti qanunsuzdur, ortada məhkəmə aktı var… Amma Vaqif Şıxəliyev ötən gün məlum intihar hadisəsini özünə yaxın və çox əziz olan bir qəzetdə tamamilə tərsinə yozub-yazdırıb. Və o, hesab edib ki, guya Baş Prokurorluq dərhal həmin yazını mötəbər sübut və mənbə kimi əlində tutub qudası və şəriki M.İbrahimovu həbs edəcəklər. Lap bişmiş toyuğun gülməyi tutur! Və inanın, həmin bişmiş toyuq dirilib öz qudasını şərləmək istəyən qudanın bu cəhdini görsə, hirsindən özünü qaynar qazana təkrar təpər ki, belə əndazəsiz hadisələri görməsin… Məsələn, həmin “Bişmiş Toyuq” redaksiyaya “göndərdiyi” əsəbi şikayət məktubuna məlum yazıdakı M.İbrahimov adının yerinə V.Şıxəliyevin adını əvəzləyərək maraqlı tekst göndərib. Dönə-dönə xahiş edir, hətta “Sizi and verirəm, “Görüş”ün canına!” deyərək rica edir ki, bu əlavəni mütləq təqdim edək. Biz də “Bişmiş Toyuğun” xahişini nəzərə alıb aşağıda təqdim edirik: “Bu gün isə məlum oldu ki, …Xatirə İmanova “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevin qəbuluna düşə bilmədiyi üçün özünə qəsd edib: “Xatirə İmanova “Bakı Mərkəzi Bazar” MMC-də çalışırdı. İndiyədək onun başına olmazın müsibətlər açılıb və buna görə məhz “Bakı Mərkəzi Bazar” MMC-nin rəhbəri Vaqif Şıxəliyev cavabdehlik daşıyır. Mərhum qadın bir neçə dəfə Vaqif Şıxəliyevin qəbuluna düşməyə, üzləşdiyi problemləri yoluna qoymağa çalışıb. Lakin qarşı tərəf hər dəfəsində müxtəlif bəhanələrlə onunla görüşməkdən imtina edib. Sonuncu dəfə isə qadın bazar rəhbərliyinin saymazyana münasibətindən əsəbiləşib və üstünə benzin tökərək özünə od vurub. Odur ki, Xatirə İmanovanın ölümünə görə “Bakı Mərkəzi Bazar” MMC-nin rəhbəri Vaqif Şıxəliyev məsuliyyət daşıyır”.
Qarşı tərəfin də mövqeyini də dəec etməyə hazırıq… Mövzuya mütləq qayıdacağıq.

 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın