Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Valyutadəyişmə məntəqələrində dollar satılmır: Səbəb isə dollar qıtlığı deyil – FOTOLAR

Valyutadəyişmə məntəqələrində dollar satılmır: Səbəb isə dollar qıtlığı deyil – FOTOLAR

Bakıda dekabrın 21-dən başlayan “dollar xaosu” davam edir. “Exhange”lərin əksəriyyəti fəaliyyətini dayandırıb. 
Musavat.com-un əməkdaşı bu gün valyutadəyişmə məntəqələrindəki vəziyyəti öyrənməyə çalışıb.
28 May küçəsində yerləşən əksər valyutadəyişmə obyektləri işləmir. Buna səbəb olaraq, isə dollar qıtlığı göstərilir. Açıq olan bəzi məntəqələr isə yanız dolların alışını həyata keçirirlər.
İnsan sıxlığının müşahidə olunduğu 28 May küçəsində dolların satışı 1.61-1.63 manat arasında dəyişir.
Qeyd etmək lazımdır ki, bu qiymətə belə, dollar alan xeyli sayda müştəri var.
“Neftçilər” metrostansiyasının ətrafında olan valyutadəyişmə məntəqələrinin böyük bir hissəsi işləyir və burada dolların satış qiyməti 1.635 manatdır. Burada da dollara olan tələbat yüksəkdir. Açıq olan məntəqələrin qarşısında isə müştəri növbələri var.
“Nəriman Nərimanov”da isə vəziyyət fərqlidir. Bu ərazidə olan valyutadəyişmə məntəqələri qapıları çoxdan bağlayıb.
Yalnız bir məntəqə açıq idi. Məntəqədə çalışan Sahib adlı şəxs deyir ki, dollar olsa da, heç kim satmaq istəmir: “Dollar qıtlığı yoxdur. Sadəcə, baha qiymətə satmağa icazə vermirlər. Ona görə də, çox adam qapıları bağlayıb. Baha satanlar obyektlərdə yox, gizli olaraq, əldən-ələ satırlar. Bununla bağlı artıq yoxlamalar var. Baha satan bir neçə nəfər də saxlanılıb. Mərkəzi Bankın müəyyən etdiyi qiymətə satmaq da çox adama sərf eləmir”.
Qeyd etdiyimiz ünvanda olan valyutadəyişmə məntəqələrində dolların satış qiyməti 1.62 manat göstərilir.
Valyutadəyişmə məntəqələrində bu gün dolların alış qiyməti isə 1.60 manat olub.
Xatırladaq ki, dünən valyutadəyişmə məntəqələrində dollar 1,59-1.60 manata satılırdı. Bu gün isə 1.62-1.63 manatdır.
Mərkəzi Bank isə dekabrın 28-də yaydığı məlumatda 1 dolların 1.5561 manat olduğunu açıqlayıb.
İlkin Muradov,
Musavat.com




Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın