Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Vahabzadənin çıxışının sifarişli olub-olmadığını ciddi araşdırmaq lazımdır”

“Vahabzadənin çıxışının sifarişli olub-olmadığını ciddi araşdırmaq lazımdır”

Keçmiş səfir İsfəndiyar Vahabzadənin “Youtube” hesabında Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə cavab olaraq səsləndirdi fikirlər birmənalı qarşılanmayıb. Onun çıxışı ictimaiyyətdə müzakirələrə və tənqidlərə səbəb olub.

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün bununla bağlı açıqlama yayıb. Bildirilib ki, İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib.

“Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”, – deyə XİN-dən bildirilib.

“Vahabzadənin fikirləri ciddi qəbul edilməməlidir”

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov İsfəndiyar Vahabzadənin açıqlamasına münasibət bildirib.

Onun sözlərinə görə, sabiq səfirin fikirləri ciddi qəbul olunmamalıdır:

 “Mən hesab edirəm ki, İsfəndiyar Vahabzadənin söylədiyi fikirlərin ciddi qəbul edilməsinin heç bir əsası yoxdur. Çünki o, diplomatik vəzifə daşıyıb və etdiyi qanunsuzluğa görə vəzifəsindən azad olunub.

Hesab edirəm ki, vəzifədən azad olunduqdan sonra “millət fədaisinə” çevrilmək, hər hansı sözlə özünü gündəmdə saxlamaq yalnız şəxsi istəkdən irəli gəlir. XİN-nin onunla bağlı fikirləri daha konkret və yerinə düşəndir. Bu kimi fikirləri önəmli tutmamalıyıq”.

Vahabzadənin fikirlərinə şərh vermək onu gündəmdə saxlamaqdır…

“İsfəndiyar Vahabzadənin fikirləri ciddi deyil və hər hansı fikrinə şərh vermək onu gündəmdə saxlamaqdır.Vaxtilə diplomatik vəzifə daşıyan bir kəsin sonradan millət qəhrəmanına çevrilməsi, guya xalqın sözünü deməsi və bütün fikirləri şəxsi istəkdən o tərəfə getmir”.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov bu cür fikirlərin dövlətlərarası münasibətlərə təsir etdiyini deyib:

“Mən hesab edirəm ki, siyasətçilər işlətdikləri ifadələrdə diqqətli olmalıdılar. Yəni sözləri seçib, düzgün işlətməlidilər. Əlbəttə, onu qeyd etmək lazımdır ki, Jirinovski dəfələrlə Azərbaycan xalqını aşağılayıb, təhqir edib. Bir insana görə bütün milləti aşağılamaq düzgün deyil”.

Sifarişli açıqlama olduğunu ciddi araşdırmaq lazımdır…

“Ola bilsin ki, İsfəndiyar Vahabzadə Jirinovskinin işlətdiyi sözlərdən hiddətlənib, hissə qapılaraq belə bir açıqlama verib. Amma heç bir halda belə fikir söyləməli deyildi. Çünki bu cür fikirlər dövlətlərarası münasibətlərə ciddi şəkildə xələl gətirir.

Eyni zamanda, bunun sifarişli açıqlama olub-olmadığının ciddi araşdırmaq lazımdır. Əgər həqiqətən sifariş varsa, bununla bağlı müəyyən tədbirlər görülməlidir”, – deyə deputat vurğulayıb./Modern.az

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …