Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Vətənimin Bayrağı İravanda dalğalansın!

Vətənimin Bayrağı İravanda dalğalansın!

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Bayraq hərbi hissənin varlığı kimi qəbul olunur, hərbi hissə savaşda bütövlüklə məhv olsa, amma bayraq qalsa, deməli, o hərbi hissə yaşayır: “Tarixən biz türklər ordular qurmuşuq, həmişə bayraqlarımız olub, o bayrağın arxasınca getmişik. Biz bayraq uğrunda çox şəhidlər vermişik, gənc nəsil bunu unutmamalıdır”.
Bayraq böyük bir simvoldur, dövlətçiliyin atributdur.Artıq Bayraq Meydanında qürur mənbəyimiz olan bir bayraq dalğalanır. Amma bundan əlavə, hər vətəndaşın eyvanından bayraq asılmalıdır. Şəxsən mən özümdə bir vətəndaş kimi evimdə, iş yerimdə bayrağı ən yüksək yerdən asıram. Bayraq Günü hər bir kəsin evinin pəncərəsində bayrağımızın dalğalanması çox yaxşı olmazdımı? İstəsək də, istəməsək də, Ramil Səfərov mövzusu həm də bayraq mövzusudur. Çünki məhz Azərbaycan bayrağını təhqir etdiyinə görə onun erməni zabitini öldürməsi hər an səslənir. Bayraq hər bir azərbaycanlı üçün müqəddəs sayılmalıdır.
Görkəmli şəxsiyyətlərdən birinin dediyi, bu kəlamı yaddaşımızda hər zaman saxlamalıyıq.
”Ey Gənclik! Ey Türk gəncliyi! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq, bir daha enməz! Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!”.
Bunu deyərkən, o, bu günün mənzərəsini hesaba almamış deyildi. Amma İndi Azərbaycan xalqının ən böyük arzusu, üçrəngli bayrağının tezliklə tarixlər boyu təcavüzə məruz qalan, işğal altında olan torpaqlarımızda QARABAĞDA, İRAVANDA dalğalanmasıdır. Və biz buna nail olacağıq. Elə bu arzularla sizlərin hər birinizi bayraq günü münasibəti ilə təbrik edirik! Arzularımıza çatmaq ümüdülə…

Ana Vətən Partiyası
Mətbuat Xidmətinin rəhbəri
Tünzalə İsmayılova

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın