Kitabda “Nəyə görə vəhhabilik İslam deyil?” sualına cavab verilir
“Cahil təkfirçilər Məhəmməd Nəsrəddin əl-Əlbanini İslam yenilikçisi hesab edir. Onun tənəzzülə doğru səsləyən əsərlərini həqiqət kimi qələmə verməklə mötəbər ayə və hədisləri inkar edirlər. Mərakeşdən olan məşhur İslam alimi şeyx Abdullah əl-Qumari(1910-1993) “Əlbaninin ifşası” adlı kitabında Əlbaninin nəzəriyyə və prinsiplərini rədd etməklə vəhhabilərin əsas yanlışlıqlarından danışır…”
Moderator.az bu haqda İslam saytlarına istinadla xəbər verir. Müəllifin arqumentləri o dərəcədə inandırıcıdır ki, sözügedən kitab bir neçə dəfə təkrar nəşr olunmaqla dünyanın müxtəlif ölkələrində populyarlıq qazanmışdır. Həmin kitabı oxuyanlar son onilliklərin əsas sualına cavab tapırlar: “Nəyə görə vəhhabilik İslam deyil?”…
Tatarıstanın paytaxtı Qazanda “Hüzur” Nəşr Evi tərəfindən “Əlbaninin ifşası” kitabı rus dilində yenidən çap edilib. Maraqlananlar məşhur kitabı huzurshop.ru saytı vasitəsilə əldə edə bilərlər.