Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Üzdəniraq”lar cəmiyyətin “otxod”larıdır, təqib edilməli, izolyasiya olunmalıdırlar” – deputat

“Üzdəniraq”lar cəmiyyətin “otxod”larıdır, təqib edilməli, izolyasiya olunmalıdırlar” – deputat

Avropa Şurasının tələblərindən biri cinsi azlıqların hüquqlarının tanınması idi. Mən Azərbaycan Avropa Şurasına daxil olan zaman buna etiraz etdim. Təəssüf ki, Cinayət Məcəlləsindən 113-cü maddə çıxarıldı və belə gərəksiz işlərə imkanlar yaradıldı. Biz İstanbul Konvensiyasının təsdiqinin əleyhinə olmuşuq. Özüm şəxsən buna Parlamentdə, hər yerdə ciddi etriaz etmişəm. Belə tiplər Azərbaycanda yüz mində birdir. “Üzdəniraq”lara şərait yaradılması çox pis haldır. Dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda hüquq sisteminin əsaslarından biri adət hüququdur. Bizim adətlərimiz var. Mill adət-ənənəmiz “üzdəniraq”ları inkar edir, normal hesab etmir. Azinforum.az xəbər verir ki, bubuni açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O bildirib ki, azlıqların nümayəndələri əslində xəstə deyillər: “Özləri də deyirlər ki, sosial yönümlü instinktlərik. Cəmiyyətə mənfiliklər aşılayan, mənəviyyatsızlıq aurası yaradan, pis nümunələr verən bu cür tiplər, hətta gözümüzün qabağına gələndə utanırıq. Utanırıq ki, bunlar var və belə insanlar ölkəmizdə fəaliyyət göstərir. Xəcalət hissi keçiririk. Bunlar təqib edilməli, izolyasiya olunmalıdır. Həmin insanlar cəmiyyətin ruslar demiş “otxod”larıdır. Azərbaycana həddən çox mənfi təsir edirlər. Ona görə də bunlara hər hansı hüquqi sistem yaradılmamalıdır”.
 

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …