Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Unun qiymətini qaldırmaqda ittiham olunan deputatlarla bağlı – Açıqlama

Unun qiymətini qaldırmaqda ittiham olunan deputatlarla bağlı – Açıqlama

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ölkədə unun qiymətinin süni surətdə bahalaşmasında və əhalinin narazı salınmasında deputat həmkarları Tahir Süleymanovla Əsabil Qasımovu ittiham etmişdi.

“Qafqazinfo”nun məlumatına görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2015-ci il üzrə görülən işlərə dair hesabat konfransında idarə rəisi Kamran Əliyev də məsələyə münasibət bildirib:

“Fəzail Ağamalı iki deputat barəsində belə fikir səsləndirib. Buna hörmətlə yanaşırıq

Amma bizim tərəfimizdən həmin şirkətlər barəsində süni qiymət artımı qeydə alınmayıb. O şirkətlər elə ilk vaxtdan əla növ unu 26 manata satıblar.

Ola bilsin o şəxslər deputat olana kimi biznes fəaliyyəti ilə məşğul olub. Bizneslə məşğul olan adam deputat ola bilməz. Biz burda hüquqi baxımdan baxırıq ki, həmin şirkət rəsmən kimin adınadır”.

Qeyd edək ki, Fəzail Ağamalı həmkarlarına unun qiymətinə görə etiraz etmişdi:

“Mən iki deputat həmkarıma çağırış edirəm. Onlardan biri Siyəzənin deputatı Tahir Süleymanov, biri isə İmişlinin deputatı Əsabil Qasımovdur. Onlar ölkənin əsas un istehsalı ilə məşğul olan adamlardır.

Qiymətləri də onlar qaldırıblar. Hər ikisi zəhmət çəksin illərdir bu dövlətin hesabına yığdıqları pulu xərcləsinlər. Süni bahalaşmaya gedib əhalinin vəziyyətini ağırlaşdırmasınlar. Bu deputatlara çağırış edirəm ki, xalqı çörəklə imtahana çəkməyin, xalqı dövlətdən narazı salmayın. Onlar bu dövlətdən qazanıblar, indi qazandıqlarını zəhmət çəkib xalqa xərcləsinlər. Bu durumda da pul qazanmaq həvəsinə düşməsinlər”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın